Rubrikalar: GÜNDƏM XuralTAC

Dövlətə xəyanətdə ittiham olunan jurnalistin işindəki zərərçəkən məlum oldu

Fevralın 3-də Polad Aslanovun məhkəməsi başlayır

Dövlətə xəyanət ittihamıyla həbs olunan “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun məhkəməsi başlayır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılacaq.

P.Aslanov fevralın 3-də hakim qarşısına çıxarılacaq. Məhkəmənin ilkin hazırlıq iclası həmin günə təyin edilib.

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova mediaya açıqlamasında bildirmişdi ki, bu cinayət işində bir neçə media nümayəndəsi, ictimai-fəalın da adı keçir. G.Aslanovanın sözlərinə görə, həmin şəxslər P.Aslanovun əleyhinə ifadə veriblər.

Meydan TV-nin əldə etdiyi məlumata görə, ictimai fəal Dəyanət Babayev bu işdə zərərçəkmiş qismində tanınıb. D.Babayev istintaqa ifadəsində P.Aslanovun onu hədələdiyini iddia edib.

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsilə ittiham irəli sürülüb. P.Aslanov İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur.

İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, P.Aslanov saytlardan birinin əməkdaşını ölümlə hədələyib.

Həyat yoldaşının dediyinə görə, P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”

İlham İsmayıl   "Əgər martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü, Bakı soyqırımının ildönümü gününü ermənilərə rahat gün kimi bağışlayacaqsa..."…

26 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycan və Türkiyə prezidentlərindən birgə bəyanatlar-TAM MƏTN

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Strateq.az xəbər verir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Namizəddən Məzahir Pənahova: “Bundan sonra ayağınız Zaqatalaya düşsə, qovacağam”

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

AXP və “Ədalət”in namizədləri 2 məntəqədə səsləri etibarsız etdilər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Sərdar Cəlaloğlu 4 məntəqədə seçkinin nəticələrini ləğv etdirdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Nigar Arpadarai ilə rektorun lider olduğu dairələrlə bağlı daha bir qərar verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən…

24 Fevral 2020
Xural.COM