Dövlət Gömrük Komitəsinin sədr müavinləri dəyişdi

Dövlət Gömrük Komitəsinin rəhbərliyində kadr dəyişikliyi baş verib.

Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncam imzalayıb.
Prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button