“”Dövlət özü yeni iş yerlərini açmaq üçün təşəbbüs göstərmir”

Yayımlandı: 24 May 2024 20:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlamışdı ki, ölkədə məşğulluq imkanlarının artırılması işləri öz bəhrəsini görüb. Belə ki, əmək müqavilələrinin sayında böyük artım var.

İqtisadçılar isə deyir ki, əmək müqaviləsi sayının artması işçi sayının artması demək deyil. Çünki bir işçinin bir neçə əmək müqaviləsi ola bilər.

Bəs Azərbaycanda niyə yeni iş yerləri açılmır?

“Dövlət özü yeni iş yerləri üçün təşəbbüs göstərmir. Ölkədə investisiya üçün də əlverişli mühit yoxdur. Xarici sərmayədərlar, iş adamları Azərbaycanda iş yeri açmaqda maraqlı deyillər. Azad məhkəməsi olmayan, məmur monopoliyası və məmur özbaşınalığı olan ölkədə kimsə milyonlar yatırıb biznes qurmaq istəmir”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button