Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov “Siyasət meydanı”nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin mövqeyinə hörmət edərək göndərilən mövqeni dərc edir:

“Mən Səfərbərbərlik və Hərbi Xidmətə Cağrış üzrə Dövlət Xidmətində uzun müddət müxtəlif vəzifələrdə xidmət etmişəm. Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinovam. Hörmətli Əvəz Zeynallı, sizin Xural TV-dəki cıxışınıza Səfərbərlik Xidmətinin veteranları adından münasibətimi bildirmək istəyirəm. Səfərbəlik Xidməti ilə bağlı sizə verilən məlumatlar realığı əks etdirmir. Biz xidmət edəndə də, hal-hazırda da hərbi qulluqçular geyim forması ilə Səfərbərlik Xidməti tərəfindən tam təmin olunurlar. Hec bir hərbi qulluqçu deyə bilməz ki, nə hərbi geyimi, nə də dəftərxana ləvazimatını özü alıbdır. Bunlar hamısı dövlətimiz tərəfindən ödənilir, təmin olunur. Xidmətin baş idarəsi bütün lazımı vastələrlə hər bir hərbi qulluqçunu təmin edir. Üzərimizə tam otursun deyə hər bir hərbi qulluçuya Xidmətin müəyyənləşdiydiyi dərzi tərəfindən fərdi qaydada hərbi forma tikilir. Hərbi formanın pulunu da Səfərbərlik Xidməti ödəyir. Səfərbərlik Xidmətinin əsgərlərinin bölgü məsələsi müasir texloloğiyanın vastəsi ilə tam şəffaf şəkildə həyata keçirilir. Hər bir cağırışçının valideyninin telefonuna xidmət edəcəkləri hərbi hissə barədə öncədən mesaj göndərilir. Bundan əlavə, Xidmətin saytından da hər bir cağırışcı özü haqqında məlumatları yazaraq hansı hərbi hissəsdə xidmət edəcəyini öyrənə bilər. Səfərbərlik Xidmətində hec bir vəzifəyə təyinat və növbəti hərbi rütbənin verilməsi nəyinsə qarşılığında olmayıb. Biz özümüz bunun şahidiyik. Müxtəlif vəzifələrə təyinat almışıq. Hec kim bu məsələdə hansısa bir neqativ halın olmasını deyə bilməz. Xidmətin rəhbərliyi korrupsiyaya qarşı mübarizəni davamlı olaraq aparıb. Biz hər birimiz buna şahidik. 2012-ci ilin 13 fevralında yaradılan Səfərbərlik və Hərbi Xidmətə Cağrış üzrə Dövlət Xidmətinin bütün şəxsi heyəti Azərbaycan Respublikasına şərəflə xidmət edir. Biz Səfərbərlik Xidmətinin Veteranları da Cənab Prezdentin döyüş əmirinə hər zaman hazırıq.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button