Dövlət sirri sayılacaq məlumatların siyahısı genişləndirilir

Bu gün, dekabrın 8-də “Dövlət sirri haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub.

Dəyişikliyə əsasən, iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsi genişləndirilir. Ora hərbi məhsulların istehsalçıları ilə yanaşı, bu məhsulların ixracını, satışını həyata keçirən müəssisələrin maliyyə hesabatları da aid edilir.

Artıq bəzi araşdırmaçı jurnalistlər və ekspertlər bununla bağlı narahatlıqlarını dilə gətiriblər.

Media eksperti Ələsgər Məmmədli AzadlqRadiosuna bildirib ki, “Dövlət sirri haqqında” Qanunda adı göstərilən bütün məlumatlar avtomatik sirr olmur: “Daha sonra bunların sirr kimi məxfiləşdirilməsi lazımdır və ayrıca hansı adda informasiyalar sirr kimi dövlət sirrinə aid edilir, onların siyahısı təqdim olunmalıdır”.

Ekspertin sözlərinə görə, informasiya sıxlığı şəffaflığa, o cümlədən neqativ halların azalmasına xidmət edir: “Əgər biz şəffaflığa məhdudiyyət gətirib gizliliyi genişləndiririksə, bu, əlbəttə ki, müəyyən problem yaradır. Təəssüf ki, son illər qanunvericilikdə çox sayda məhdudlaşdırmalar gətirilib”.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button