Dövlət ittihamçısı Əvəz Zeynallının qarşısında “madur” oldu – VİDEO

 

28.11.2012

 Ə.Zeynallı: “G.Əhmədovanın bütün mənasız və mənalı həyatı – bütün dünya bunun şahidi oldu – şantaj, böhtan, hədə-qorxu, tutdurma, üzədurma, dosye yığmağa həsr olunub. Mən onun qarşısını necə ala bilərdim?” 

 Bu gün Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçən bu dəfəki iclasda dövlət ittihamçısı Ramazan Hadıyev ittiham üzrə suallarını verib.

Əvəz Zeynallı sualları cavablandırmamışdan əvvəl bir daha Glər Əhmədovanın məhkəməyə gətirilməməsilə bağlı heyətə iradını bildirdi: “Bu qadın mesajı mesaj ardınca göndərir, insanları köməkçisi Əhməd Şahidovun müəmmalı qadına ünvanladığı “Sevdiyim qadın” kitabının təqdimatına çağırır. Deyir, hamınız gəlin, mən də orada olacam. Bu adam xəstəlikdən əziyyət çəkənə oxşayır? Mən ötən dəfə bu məhkəmə zalında dedim ki, o bizə baxır və məhkəməyə gülür ki, hamınıza belə meydan oxuyaram. Dediklərim düz çıxdı. Bu bir gün sonra mətbuata çıxıb deyir ki, o mövzu mənim üçün gülməlidir və mən gülürəm…” Məhkəmənin hünəri çatmadı ki, bu qadına hüququ, qanunları anlatsın… Heç anlatmayın… Mənə nə var, bu adam sizə gülür…” Hakim Ramella Allahverdiyeva Gülər Əhmədovanın məhkəməyə gətirilməsi məsələsi haqda artıq qərar qəbul edildiyini dedi və “Qoy gülsün… Gülməyin axırı…” söyləsə də ifadəsini bitirmədi.

 Bundan sonra prokuror Ə.Zeynallıya epizodlar üzrə suallara cavab verilməsini istədi.

 –          Siz Gülər Əhmədova ilə nə vaxtdan tanışsınız?

–          Tarixi dəqiqliylə sizə deyə bilmərəm, çünki mən Azərbaycan mətbuatında 2001-ci ildən fəaliyyət göstərirəm. Gülər Əhmədovanın da təxminən o vaxtlardan uşaq, gənclər təşkilatı var idi, ordan tanıyırdım. Onunla əyani tanışlığımızın da vaxtını dəqiq deyə bilmərəm, amma təxminən 2003-2004 ci illərdə tanışlığımız olub. O zaman əməkdaşlarımız ondan msahibə götrmək istəyiblər, onda da telefonla danışmışıq. Elə onda da bir xeyli mənə hədə-qorxu gəldi. Çünki o zaman da biz onu “mətbuata müsahibə verməyənlər fəsiləsi”nə aid etmişdik. 2008-ci ildə Glər Əhmədova 14 fevral – Valentin Günü dəstəklədiyi üçün onunla konfliktimiz oldu. Sonra da 2010-cu ildə münasibətlərimiz oldu.

 –          “Xural” qəzeti nə vaxtdan dərc olunur?

 –          2002-ci il, oktyabrın 6-dan…

–          O müddətə qədər G.Əhmədova ilə münasibətləriniz olubmu?

 –          Yox, olmayıb… Qiyabi tanımışam…

 –          G.Əhmədova ilə bağlı “Xural” qəzetinin səhifələrində şəxsən sizin və ya əməkdaşlarınız tərəfindən nə vaxt məqalə yazılıb?

 –            2003-cü ildə Azərbaycanda uşaq ölümləri və bir çox xəstəliklərindən dünyasını dəyişən uşaqların statistik analizini aparırdıq, bu adam da uşaq təşkilatına rəhbərlik etdiyi üçün ondan əməkdaşlarımız müsahibə götürmək istəyiblər, o da msahibədən yayınırdı.

 –          Siz G.Əhmədova ilə bağlı “Xural” qəzetində dövrü olaraq, məzmunundan asılı olaraq gedən  yazıları qruplara bölə bilərsinizmi? Yənİ, onun barəsində yazılan yazıların tənqidi və yaxud da fəaliyyətinin işıqlandırılması baxımından… Nə vaxt hansı məzmunda, nə vaxtdan sonra qəzetinizdə hansı məzmunda yazılar dərc olunub?

 –          Siz yəqin Gülər Əhmədovanın istintaqa verdiyi ifadəsində bir məqama aydınlıq gətirmək istəyirsiniz ki, onun əleyhinə nə zamanlar yazı yazmışıq, əleyhinə nə vaxt yazmışıq? Biz bütün fəaliyyətimiz dövründə kimsənin lehinə və yaxud da əleyhinə yazı yazmamışıq, hörmətli prokuror! Biz KİV haqqında Qanun çərçivəsində redaksiyay daxil olan məlumatları hər zaman dəyərləndirmişik. G.Əhmədovanında iddia etdiyi kimi ki, biz onun haqqında nə vaxtsa yaxşı yazılar yazmışıq və guya ki, onun da qarşılığında ondan nəsə gözləmişik, həyatında elə şey olmayıb. İnformasiyalar qruplara bölünməyib. Biz koteqoriyalaşdırılmış informasiyalar siyasətini aparmamışıq. “Xural” qəzeti dövri çıxan həftəlik qəzet olub. İnformasiyalar gəlib, həqiqətəuygunluğunu dəyərləndirmişik, getməlidirsə, gedib, qalmalıdırsa da qalıb. G.Əhmədovanın haqqında “Xural”ın fəaliyyəti dövründə istənilən qədər yazı gedib. Bunlar da əsasən tənqidi yazılar olub. Çünki G.Əhmədova deputatdır və mən də Azərbaycan parlamentinə təyinatlı parlament kimi baxmışam. Hər zaman da deputatların adlarının önünə “təyinatlı” deputat ifadəsini yazmışam. Hər zaman da deputatlar məndən inciyiblər. Onlar hər zaman informasiya verməyə qapalı olublar. Ona görə də bizim 2003-2004-cü illərdə, 2008-ci ildə Valentin Günü ilə bağlı dediklərim və yaxud da bu adam haqqında 2011-ci ildə yazdıqlarımız  d həmin siyasətin nəticəsidir.

 –          Yəni siz informasiyaları qruplaşdırmamısınız?

 –          İnformasiyaları qruplaşdırmaq olmaz ki?! Cinayət Məcəlləsi deyil ki, informasiya ağır cinayətli və yaxud da xüsusilə ağır cinayətli ola…İnformasiya gəlir ki, G.Əhmədova işçilərinin pulunu vermir. 3 nəfər təsdiqləyir, ərhal biz də bunu məlumat olaraq yayırıq. İnformasiya gəlir ki, Gülər İqdırda yaxşı çıxış edib, onu da veririk.

 Hakim R.Allahverdiyeva:

 –          Siz məlumatları yoxladıqdan sonra qəzetə verirdini?

–          Məlumat redaksiyaya gələn kimi, mümkün bütün vasitələrdən istifadə edərək, yoxlayırıq. Amma Azərbaycanda ümumi vəziyyət o durumdadır ki, biz qarşı tərəfdən informasiyanın həqiqət olub-olmamsı ilə bağlı məlumat ala bilmədiyimiz üçün bəzən bunu edə bilmirik. Məsələn məlumat daxil olur ki, filankəsin oğlu filan yerdə 1 milyonluq ayı yedi. Bu informasiyanı mətbuat necə dəqiqləşdirə bilər? Dəqiqləşdirilməlidirmi? Artıq bu ayrı bir məsələdir. Ancaq informasiy çox zaman o qədər önəmli olur ki, 3-4 redaktora deyilir və sən də bilirsən ki, səndə getməsə, o biri qəzetlər bunu dərc edəcək. Bu xəbər yarışıdır. O da artıq başqa bir məsələdir ki, informasiya yanlış olur və onu təkzib etmək istəmirsənə, o zman hüquqi məsuliyyət dövriyyəyə girir. Biz dəfələrlə Gülər haqqında gedən yaıları dəqiqləşdirməyə çalışmışıq, amma o zaman telefonlarına Əhməd Şahidov cavab verirdi.

 R.Hadıyev:

 –          Siz Nigar Almanqızını nə vaxtdan tanıyırsınız?

 –          Çoxdan, hətta mən “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru olan vaxtlardan tanıyıram. O mətbuatda uzun müddət olan adamdır.

 –           Münasibətləriniz olub?

–          Çox normal münasibətlərimiz olub, indi də elədir. Sadəcə Gülər onu bu ölkədən qaçırdıb, onu da heç kim müdafiə etmir. Qismət olsa onu da mən müdafiə edəcəm.

 –          Si ifadənizdə dediniz ki, G.Əhmədova ilə N.Almanqızı arasında münasibətlər pozulmuşdu. Səbəb nə idi?

 –          Dəqiq deyə bilmərəm. Mən N.Almanqızı “Mərkəz”ə baş redactor təyin olunandan sonra bu haqda məlumat almışam. G.Əhmədova da məndən bəzi məsləhətlər alıb.

 –          Deməli münasibətlərin nədən korlandığını bilməmisiniz?

 –         Yox. Sadəcə, jurnalistlə təsisçinin arasındakı münasibətlər maaş, qanorar vermədiyi üçün, yalançı, fırıldaqçı olduğu üçün pozula bilər. N.Almanqızı da G.Əhmədovanın belə bir təsisçi olduğunu deyirdi.

–          Onların arasında münasibətlərin pozulması haqda nə vaxt bildiniz?

 –          Biz proseslərin içində olduğumuz üçün, səhv etmirəmsə, elə pozulan an bizə xəbər verdilər.

 –          Siz ifadənizdə göstərdiniz ki, bu məsələlərlə bağlı hər iki tərəfə demisiniz ki, “dözün, Türkiyədən qayıdandan sonra məsələni həll edərik…” Sizə aralarındakı münasibətlərin düzəldilməsilə bağlı onların hansısa müraciət etmişdimi? Yoxsa Siz bu işə şəxsi təşəbbüsünüzlə qoşulmuşdunuz?

 –          Mənim o qədər vaxtım, imknım nə gəzirdi ki, iki qadının arasındakı narazılığa görə şəsi təşəbbüsümlə münasibət düzəldim. Bu adamlar ayrı-ayrılıqda mənə şikayət edirdilər ki, “qardaş sənin dostun belə edib…” Sonra da bunların mübahisəsi mətbuata çıxdı.

 –          Siz konkret olaraq N.Almanqızı ilə əlaqədar G.Əhmədova ilə şəxsən görüşmüsünüzmü?

 –          Yox. Gülərlə bir dəfə redaksiyada görüşmüşük, vəssalam…

–          Siz G.Əhmədovaya N.Almanqızında ona qarşı kontr material olması barədə – əgər bunların işıqlandırıldığı təqdirdə ictimailəşəcəyi və bundan G.Əhmədovanın ziyan çəkəcəyini demsinizmi?

 –          Yox. Bir il bir aydır ki, Gülər Əhmədovanın ədəbsiz yalanını – istintaq küçə qadınlarının ittihamını da təsdiqləyir – dövr edirsiz. Bu gün yəqin məhkəmə sübutların dəyərləndirilməsi məsələsinə də baxacaq. Əslində videoşantaj məsələsi olub. Gülərlə aramızda belə bir söhbət olub, amma bu kompramat material iddia olunduğu kimi Nigarda olmayıb. Gülər deyib ki, məndə Nigar haqqında görüntülər var ki. Mən onu istədiyim vaxt mətbuata buraxacam. Mən bunlara demişəm ki, “qadınsınız, bir yerdə işləmisiniz və adınıza layiq hərəkət edin, belə bir şey də etməyin…” Yoxs Nigarın kompramatının məndə nə işi var, mən onu nuiyə Gülərə deməliyəm. O zaman səsimizi yazmışdı, o məqam qalıbsa, yəqin burada da o söhbəti bir daha eşidəcəyik. O Gülərin bizə qarşı yalan, riyakar iddiaları da onunla darmadağın olacaq. Elə saxta istintaqın saxta sənədləri də…

 “Deməli, Nigar zəif, gücsüz olduğu üçün Gülər onu əzə bilər?”

–          Gülər Əhmədovanın Nigar haqqında şikayət etmək istəməsilə bağlı məlumatınız olubmu?

–          Gələndə dedi ki, Nigarı, polisə, MTN-ə şiayət edib. Amma dəqiq bilmirdim, verib, verməyib. Sonra da Nigar Türkiyədən yazmışdı ki, onun ağır yataq xəstəsi olan ata-anasını Gülər nəzarətə götürüb, onlara hədə-qorxu gəlib. Gülər istintaqa verdiyi ifadəsində də bunu təsdiqləyib, hətta onu da deyib ki, digər yollardan da istifadə edib. Güləri bura gətirə bilmədiniz ki, mən ondan soruşam ki, bu “digər yollar” hansı yollardır? Bu adam deputat olub və şəxsiyyətindən asılı olmayaraq bir qadının evinin qarşısında, xəstə atasının üstünə silahlı adam göndərib.

 –          Aydındır…

–          Yox, aydın deyil… Çünki araşdırma aparmamısınız? Siz nə üçün N.Almanqızıdan ifadə almamısınız? Niyə onu istintaqa cəlb eləməmisiniz? Niyə onuin ifadəsini almamısınız, ittiham tərəfi? Niyə?

 –          Hələlik sualı mən verirəm…

 –          Yarım saatdır N.Almanqızı ilə bağlı suallar verirsiniz, amma onu istinaqa cəlb edib, ifadəsini almamısınız, niyə? N.Almanqızını istintaq niyə çağırıb, dindirməyib? Deməli, Nigar zəif, gücsüz olduğu üçün Gülər onu əzə bilər?

 –          Əsəbləşmədən suallarıma səmimi cavab almaq istəyirəm…

 –          Biz burada çox səmimi söhbət edirik… Siz ittiham tərəfi olaraq N.Almanqızını nitə çağırıb, soruşmamısınız ki, ay bədbaxtın balası, səni bu ölkədən kim qaçaq salıb? Cəsarətiniz yoxdur?

 –          Siz G.Əhmədovanı N.Almanqızı haqqında şikayət etməməsi üçün onu çəkindirməyə çalışmısınızmı?

–          Yox. Bunu nəyə görə etməliydim ki? Mən sadəcə istəmişəm ki, bunlar Azərbaycan qadını olara bir-birlərinə bu cür səviyyədə mətbuat səhifələrindən qurşaqdan şağı danışmasınlar. Vəssalam. G.Əhmədovanın bütün mənasız və mənalı həyatı – bütün dünya bunu şahidi oldu ki, şantaj, böhtan, hədə-qorxu, tutdurma, üzədurma, dosye yığmağa həsr olunub. Mən onun qarşısını necə ala bilərdim?

 –          G.Əhmədova istintaqa deyib ki, o N.Almanqızı ilə bağlı sizinlə görüşüb və siz ondan N.Almanqızında onun barəsində “rüsvayedici materiallar” olması ilə bağlı məlumat vermisiniz.

 –          Gülər Əhmədova başını divara döyür. G.Əhmədova elə cəsarətli, özü, sözü olan, ifadəsinin dalında duran, 16 ildir “çalası çömçə qaşığı kimi” bu ölkəni qarışdırmayan adam idisə, gələydi bura və üzəduranlığını axıradək edəydi. Ona mənim 100 sualım var. Mən nə vaxt hansısa tədbirdə ona yaxınlaşmışam? Kimdir bu adam, o özünü nə zənn edir ki, mən ona deyəm ki, biz sizdən yazşı şeylər yazırıq, siz də bizə diqqət etmirsiniz. Kim eşidir gülməyi gəlir. Məni tanıyanlar yaxşı bilirlər ki, mən tədbirlərdə ona-buna “sürtünənlərdən” deyiləm. Yaxınlaşıbsa da onun özü mənə yaxınlaşıb. Aramızda da qəti olaraq belə bir söhbət olmayıb. Onun halal oğlu belə onun yalanlarına şahidlik edə bilmədi.

“Ə.Zeynallının işindən sonra da bu adam Gülər yox, Ağlar Əhmədova qalacaq…”

 –          Deməli, siz G.Əhmədovanın ifadəsinin düzgün olmadığını deyirsiniz?

 –          Siz o qədər nəzakətlisiniz ki… Düzgün deyil nə deməkdir? Gülər Əhmədovanın bütün həyatı yalandır, nəinki ifadələri!!! Ə.Zeynallının işindən sonra da bu adam Gülər yox, Ağlar Əhmədova qalacaq. Bizə qarşı bu şər-böhtana girdiyi üçün.

 Daha sonra prokuror, “Xural” qəzetində G.Əhmədova ilə bağlı ciddi məzmunlu yazıların dərc olunub-olunmamsı ilə maraqlandı.

 Ə.Zeynallı:

 – Ay hörmətli ittiham tərəfi, gözəl, nurlu prokurorumuz! Siz 13 aydır məni niyə həbs etmisiniz? G.Əhmədova iddia edir ki, Xuralda hansısa rüsvayedici yazılar yazılıb, anonslar verilib. İttiham tərəfi, hanı o yazılar, anonslar?

 – Mən Sizdən soruşuram…

 – Məndən niyə soruşursunuz? İttiham tərəfi sizsiniz. Siz mənə nələrisə sübut etməlisiniz? Hanı əlinizdə olan o yazılar, anonslar? Bəs siz bunu qulağından tutub demədinizmi ki, ay hörmətli Gülər xanım, hanı şikayətçisi olduğun yazılar, anonslar? Siz ittiham tərəfi olaraq soruşmalıydınız?

 – Bizə son dövrdəki yazılar da kifayət edər…

 – Siz o deputatı qarşınızda oturdanda niyə soruşmadınız ki, ay anam-bacım, hörmətli deputat, Ə.Zeynallı sənin haqqında nə yazıb ki, şir ürəkli, makaron biləkli oğulların Ə.Zeynallını öldürməsin deyə, onu tutdurmağı gözünün önünə almısan. Hanı bəs o yazılar?

 “Mən dərhal işçilərimə zəng edirdim, tapşırırdım ki, «biz əməliyyatdayıq, Gülərə heç kim cavab verməsin»

Əvəz Zeynallı:

– Bu adam mənə mesajlar yazırdı ki, «istəyirsinizsə, qızıl gətirim, qalsın sizdə, ya da maşınımı girov qoyum. Məni sındırmayın, bu, sizin xeyrinizədir, düşmənçilikdən nə çıxar axı». Mən isə dərhal işçilərimə zəng edirdim, tapşırırdım ki, «biz əməliyyatdayıq, Gülərə heç kim cavab verməsin».

Prokuror:

– Siz bu mesajlara cavab vermisiniz, ya yox?

– Yox.

Prokuror Gülər Əhmədova ilə Əvəz Zeynallı arasındakı SMS-ləri oxuduqca, Əvəz Zeynallı münasibət bildirirdi.

Onu redaksiyaya dəvət etmişdimsə, niyə sabahı gün dəvət olunduğu saatda bir də yazır ki, «qurban olum, gəlim, görüşək»?

Ə.Zeynallı bildirdi ki, «Mərkəz» qəzetinin keçmiş redaktoru Nigar Almanqızının müsahibəsi ilə əlaqədar anonsdan sonra G.Əhmədova ona yazdığı mesajlarda pul təklif edib və təcili görüşmək istədiyini bildirib.

 Prokuror:

– Mən burda ondan Sizin telefona gələn, sizdən isə onun telefonuna gedən mesajları oxuyuram. Sizdən ona mesaj gedib ki, «sabah görüşərik». Niyə görüşəcəkdiniz?

Əvəz Zeynallı:

– Məndən ona cavab getməyib. Mən ona «sabah görüşərik» yazsaydım, gələrdi, görüşərdik. Onu redaksiyaya dəvət etmişdimsə, niyə sabahı gün dəvət olunduğu saatda bir də yazır ki, «qurban olum, gəlim, görüşək»? Çünki yazmamışam ona belə bir söz. Burda ifadə verən gündən deyirəm – məni ilk dindirən müstəntiq açıq şəkildə dedi ki, biz istənilən telefona mesaj da, o mesaja cavab da yazıb göndərə bilərik.

Ə.Zeynallı bildirdi ki, G.Əhmədovanın yazdığı SMS və telefon zənglərinə görə yox, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun xahişinə görə, Nigar Almanqızının müsahibəsini dərc etməyib:

– Nəhayət, Rauf Arifoğlu mənə zəng elədi. Onun xətrinə mən müsahibəni vermədim. Gülər mənə yenə mesaj yazdı ki, «məni başa düşdüyünüzə görə sağ olun, görəcəksiniz, mən bunun əvəzini necə ödəyəcəm».

 Ə.Zeynallı (üzünü zala tutaraq həbsinə işarə ilə): «Gördük hamısını, necə ödədi».

Ə.Zeynallı bildirdi ki, G.Əhmədova ilə bağlı onda heç bir ifşaedici məlumat olmayıb:

 – Məndə Gülər haqqında heç bir məlumat yox idi. Hələ də başa düşə bilmirəm ki, bu xanım özünü niyə «lezvalayırdı».

 Gizli səs yazisi dinlənəcək

G.Əhmədova epizodu ilə bağlı suallar bitdikdən sonra hakim 1 saatlıq fasilə elan etdi. Ancaq fasilədən sonra məlum oldu ki, dövlət ittihamçısı başqa məhkəmə prosesində iştirak etdiyinə görə məhkəmə iclası dekabrın 5-dək təxirə salınır.

Növbəti məhkəmə iclasında G.Əhmədova ilə Ə.Zeynallı arasındakı gizli səs yazısı dinləniləcək.

Ə.Zeynallının «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu barədə dediklərinə adıçəkilən şəxsin mövqeyini almaq hələlik mümkün olmayıb.

Ə.Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin  rüşvətalma maddələri ilə cinayət işi başlanıb. İttiham aktında jurnalistin deputat G.Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Bu ittihamlar sübut olunsa, Ə.Zeynallı əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Keçmiş millət vəkili G.Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru Elşad Abdullayevdən deputat seçilməsi müqabilində 1 milyon dollar istədiyi deyilən video yayılandan sonra G.Əhmədova deputat mandatından imtina edib.

 XuralTAC

 

 

Əlaqəli məqalələr

1 şərh

  1. yasha be qardash))))))))))))))))))))))))))))))))))))) yaxshi xarakterize etmisen peshekardir, ozu de anadangelme. doğulanda beleyine yazılan nomre 178 olub)))) atamin-anamin goru hakki)))))))))))))))))))))))))))))) ele nazirleri de yaxshi ifsha etmisen))))))))))))))keshke aradan chixib gele bilseydim(((( tesevvur edirem hakim ne qeder lezzet alir senin chixishindan. ele prokuror da julikdirş amma tezlikle senden uzr isteyecek ay toba))))))))))))))) bir az doz)))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button