DTX Naxçıvanda əməliyyat keçirib, Gömrük Komitəsinin şöbə rəisi həbs olunub

Yayımlandı: 25 Noyabr 2022 13:55

Gömrük Komitəsində “qara mühasibatlıq” faktının aşkarlandığı bildirilir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində iki gün öncə keçirdiyi əməliyyat nəticəsində həbs olunanlar var. Onlardan biri də Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərovdur.

DTX-nın əməliyyatı nəticəsində Naxçıvan gömrüyündə 100 milyon manatdan çox yeyintinin üzə çıxdığı bildirilir. İddiaya görə, bu qurumda “qara mühasibatlıq” aşkarlanıb. Məlum olub ki, rəsmi elektron sistemlə yanaşı, qeyri-rəsmi hesablamalar da gedirmiş. Oradakı rəqəmlər isə rəsmi sistemdəkindən kəskin fərqlənib.

Bu işin istintaq araşdırmasını da DTX-nın Baş İstintaq İdarəsi aparır.

Ərazi aidiyyəti üzrə (DTX bu rayonun ərazisində yerləşdiyinə görə) Səbail Rayon Məhkəməsində saxlanılan şəxslərdən bəziləri haqqında həbs qərarı çıxarılması üçün verilən təqdimata baxılıb. Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və başqa maddələrilə ittiham olunan Mansur Əsgərov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button