DTX-nın həbs etdiyi jurnalistlərə hökm oxundu- azadlığa buraxıldılar- YENİLƏNİB

Məhkəmə prosesində təsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Vəkillər müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Təqsirləndirilən şəxslər də son sözlərində məhkəmədən ədalətli qərar istəyiblər. Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Məhkəmənin hökmü ilə Surxay Əliyev, Hikmət Nəcəfli, İlahə Qasımova, Gülbəniz Əliyeva və Marif Abbasovun barəsində şərti cəza çıxarılıb.

S.Əliyev və H.Nəcəfli məhkəmə zalından azadlığa buraxılıb.

Həbsdə olan Sevinc Məmmədsalayeva isə 6 il 6 ay (köhnə cəzası da birləşdirilib) müddətinə azadlıqdan məhrum edilib.

***

Reketçilikdə ittiham edilən jurnalistlər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redatoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal 107” qəzetinin baş redaktoru Maarif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror həbsdə olan Surxay Əliyevin 5 il 3 ay, onu müavini Hikmət Nəcəflinin 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilmələrini tələb edib.

Hazırda ev dustaqlığında olan “İlk xəbər” saytının baş redatoru Gülbəniz Əliyevanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini, 1 il sınaq müddəti olmaqla cəzasının şərti hesab edilməsini, işçiləri İlahə Qasımova barəsində şərti cəza, Sevinc Məmmədsalayevanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qərarı çıxarılmasını, “Kriminal 107” qəzetinin baş redaktoru Marif Abbasovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

İttihamda yazılır ki, S.Əliyev 47, H.Nəcəfli 46 epizodda ittiham edilir.

Surxay Əliyev epizodu üzrə 66 min manat, H.Nəcəfli epizodu üzrə 78 min manat, İ.Abbasovanın 7300 manat, M.Abbasov 7500 manat, S.Məmmədsalayeva 20 min manat, G.Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib.

Картинки по запросу DTX-nın həbs etdiyi jurnalistlərə

Surxay Əliyev və M. Abbasov özlərini təqsirli bilmədiklərini deyiblər. H.Nəcəfli, S. Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button