DTX prezidentin adından istifadə edən kibercinayətkarların tutulduğunu deyir

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, iyunun 20-də bildirib ki, dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

DTX vurğulayır ki, Azərbaycan prezidentinin və başqalarının adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (SOCAR), “Kapital Bank”,… tərəfindən qazanc vədi verən saxta elanların yayılması ilə bağlı cinayət işi açılıb: “Kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub”.

Bildirildiyinə görə, Azərbaycanın və digər ölkələrin vətəndaşlarının pulunu ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukraynada saxlanıb, “qrupun cinayətlərində iştirak etmiş” iki Azərbaycan vətəndaşı barədə ölkələrində həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, adları çəkilən Azərbaycan vətəndaşları və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button