Duman Bakı aeroportunun işinə təsir etməyib
Bakıda fevralın 28-də gecə saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.
Bu barədə trend.az-a Hava limanından bildirilib. Məlumata görə, duman aeroportunun işinə təsir etməyib.
“Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir”, – deyə qeyd olunub.