Dumanlı hava Bakı aeroportunun işinə təsir etməyib

duman teyyare

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanından yerinə yetirilən aviareyslərə təsir göstərməyib.

Bu barədə report.az-a Hava Limanından məlumat verilib.

Qeyd olunub ki, dumanlı hava şəraitinə baxmayaraq, heç bir reys təxirə salınmayıb və paytaxta gələn və buradan yola salınan bütün aviareyslər cədvələ uyğun davam etdirilir. “Hər hansı gecikmə qeydə alınmayıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button