Dünya böyük təhlükə ilə üz-üzə: 800 milyon insan işsiz qalacaq

Dünyanın nüfuzlu menecment konsultinq şirkəti “McKinsey” yaxın gələcəkdə avtomatlaşmanın genişlənməsi nəticəsində bəzi biznes sahələrinin yox olacağı ilə bağlı hesabat yayımlayıb.
Xural.com musavat.com-a istinadən xəbər verir ki, “İtirilən və qazanılan peşələr: avtomatlaşma dövründə əməyin transformasiyası” adlı hesabatda 2030-cu ildən etibarən 30 milyon insanın iş yerlərini itirəcəyi qeyd edilir.
Hesabatda həmçinin göstərilir ki, önümüzdəki 13 il ərzində mövcud iş gücünün 60 faizini robotlar yerinə yetirəcək.
Avtomatlaşdırılma zamanı əsasən fast-food işçiləri, maşın operatorları, bağbanlar, santexniklər və baxıcılar iş yerlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar.
Buna baxmayaraq yeni peşə sahələrinin də yaranacağı istisna edilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button