Dunya Miyatoviç Azərbaycani ümidlərlə tərk etdi

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda media azadlığı probleminin tezliklə həllini tapacağına inanır. O, bu barədə  mayın 9-dan 13.00-a qədər davam edən  Bakı səfərinin yekunlarına dair keçirdiyi  mətbuat konfransında bildirib.

Miyatoviç diffamasiyanın dekriminallaşdırılması məsələsinin hökumətlə müzakirəsini yaxşılığa doğru dəyişiklik adlandırıb. O, həbsxanada jurnalist Eynulla Fətullayevə baş çəkdiyini bildirib. Onun “yüksək ruhda” olması qonağı sevindirib. Kolon rəhbərliyi bildirib ki, Fətullayevin təhlükəsizliyini təmin edəcək.

Prezident İlham Əliyevi Fətullayevi azad etməyə çağırıb-çağırmaması ilə bağlı suala Miyatoviç müsbət cavab verib. Bundan əlavə, o, prezidentlə görüş zamanı məhkum olunmuş gənc bloggerlərin, əsasən bu günlərdə həbs olunmuş Cabbar Savalanlının məsələsini qaldırıb.

Əliyevlə görüşün “müsbət atmosferdə” keçdiyini qeyd edən Miyatoviç Fətullayevlə Savalanın tezliklə azad olunacağına ümid etdiyini bildirib.

Habelə o, hakimiyyəti “Azadlıq” qəzetinin əməkdaşları – Seymur Həziyev və Ramin Dekonun oğurlanması və döyülməsi ilə bağlı hadisəni araşdırmağa, həmçinin Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını tapıb cəzalandırmağa çağırıb.

Miyatoviçin fikrincə, hökumət, ictimaiyyət və vətəndaşlar jurnalistlərə fiziki hücumlara yol verməməlidirlər.

Bundan əlavə, Miyatoviç Azərbaycan hakimiyyətini Milli Televiziya və Radio Şurasında islahatlar aparmağa, onun müstəqilliyini təmin etməyə çağırıb. Yalnız belə olan halda teleradioda plüralizmi təmin etmək olar. Şura yayım üçün lisenziyaların verilməsinin şəffaflığını təmin etməlidir.

Miyatoviç “Amerikanın səsi”, “Azadlıq”, BBC radiostansiyalarının yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı suallarına hakimiyyətin cavablarının onu qane etmədiyini bildirib.

 

Osman Kazımovun məhkəməsi başladı

 

Binəqədi Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə vəkil Osman Kazımovun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşı “Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Vəkillər Kollegiyasından  xaric edilməsi barədə 4 fevral 2011-ci il tarixli qərarının ləğvinə dair tələbinə əsasən məhkəmə prosesi keçirildi.

Məhkəmə zalında iştirak edən tərəflərin şəxsiyyəti müəyyən edildikdən sonra hakim H.Səfərov iddianın təmin etmə tədbirindən imtina etməsi barədə qərardadı elan etdi. O, bu qərarını izah edərək bildirdi ki,  hazırkı halda iddianın təmin etmə tədbirinin əhəmiyyəti o vaxt ola bilər ki, gələcəkdə ilkin iddia rədd edilsin və qarşılıqlı iddia təmin edilsin.

Proses zamanı Osman Kazımov Vəkillər Kollegiyasının qərarının ləğv olunması üçün qarşılıqlı iddia təqdim edib və hakim iddianı məhkəmə baxışı üçün qəbul edib. Eyni zamanda Kazımov vəkil kimi fəaliyyətinin bərpa olunması haqda qərar çıxarılması üçün ərizə verib. Lakin hakim Hüseyn Səfərov buna razılaşmayıb. Hakim hesab edib ki, Osman Kazımovun vəkil kimi fəaliyyətinin bərpa olunmasına razılıq verməsi Vəkillər Kollegiyasının iddiasının qiymətləndirilməsi tədbiri ola bilər.

Məhkəmə prosesi zamanı hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Tural Kərimov da məhkəməyə qarşılıqlı iddia təqdim edib.

Qeyd edək ki, Respublika Prokurorluğu Osman Kazımovu Tural Kərimovun hüquqlarını pozmaqda ittiham edib. Tural Kərimov məhkəməyə qarşılıqlı iddia təqdim edib. İddiasında yazıb ki, mənim hüquqlarımı vəkil Osman Kazımov deyil, Vəkillər Kollegiyası pozub. Hakim bu iddianı da məhkəmə baxışı üçün qəbul edib.

Hakim H.Səfərov prosesi 1 iyun saat 16:00-a təyin edib.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Rəyasət Heyəti bu qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Prokurorluq Osman Kazımovu Cinayət Prosessual Məcəlləsini və “Vəkillik fəaliyyəti haqqında” qanunu pozmaqda ittiham edir.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button