Dunya Miyatoviç: “Jurnalistlərin təhlükəsizliyi təmin edilməyib”

dun“Təəssüflə deməliyəm ki, bu istiqamətdə heç bir iş aparılmır”

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç İlham Əliyevə yazdığı məktubda jurnalist Rasim Əliyevin öldürülməsini pisləyərək Azərbaycan rəhbərini jurnalistlərin təhlükəsizliyini təmin etməyə və ölkədə mətbuat azadlığı vəziyyətinin sürətlə pisləşməsinin qarşısını almağa çağırıb. Miyatoviç yazır ki,  baş vermiş son faciəli hadisə Azərbaycan hakimiyyətini beynəlxalq təşkilatların dərin narahatlıqlarına səbəb olmuş bu tipli hadisələrin qarşısının alınması üçün vətəndaş cəmiyyətiylə ciddi dialoqa başlamağı və vəziyyətin daha da pisləşməsinin  qarşısını almağı zəruri edir.

Miyatoviç daha sonra qeyd edir ki, o, dəfələrlə Azərbaycan hakimiyyəti qarşısında mətbuat nümayəndələrinin həbsi, qorxudulması və onlara qarşı olan ciddi təzyiqlərlə bağlı ciddi məsələlər qaldırıb və azad mətbuata qarşı hücumlar edən şəxslərin cəzasızlığına diqqəti cəlb edib. Miyatoviç İlham Əliyevə məktubunda təəssüflə  bildirib ki, bu vaxta qədər  azad mətubatın qorunmasıyla bağlı demək olar ki, heç bir iş görülməyib.  Rasim Əliyevlə bağlı sonuncu  faciəli hadisə bu qorxulu vəziyyətin aradan qaldırılması üçün ciddi addımların atılmasını tələb edir.

ATƏT-in mətbuat üzrə nümayəndəsi  daha sonra  Xədicə İsmaylıovanın, Rəsul Cəfərovun, Seymur Həzinin,  Ömər Məmmədovun, Əbdül Əbilovun, Pərviz Həşimlinin, Nicat Əliyevin, Rəşad Ramazanovun hələ də ən müxtəlif ittihamlarla həbsxanada saxlanılmasını qeyd edir.

Dünya Miyatoviç məktubunda daha sonra bildirir ki,  Elmar Hüseynovun qətlinin təqsirkarları hələ də azadlıqdadır. Eyni fikirləri Rafiq Tağının qətliylə bağlı da deyə bilərik. ATƏT-in mətbuat nümayəndəsi Azərbaycan hakimiyyətinə  mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi sahəsində hər cür dəstək verməyə hazır olduğunu bildirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button