Dunya Miyatoviç Quba hadisələrini işıqlandıran jurnalistlərə təzyiqləri pisləyib

Dunya Miyatoviç

03.03.2012


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç təşkilat üzvü olan ölkələri etiraz aksiyasını işıqlandıran jurnalistlərin müdafiəsi üçün zəruri tədbirlər görməyə çağırıb.

Miyatoviçin çağırışı martın 1-də Quba iğtişaşlarını işıqlandıran bir neçə jurnalistin gözyaşardıcı qazdan zəhərlənməsi və birinin isə yaralanmasından sonra səslənib.

“Bu insidentlər göstərir ki, jurnalistlər daha yaxşı müdafiə olunmalıdır ki, öz peşə öhdəliklərini yerinə yetirsinlər”, – Miyatoviç vurğulayıb.

“Jurnalistlərin hadisələri sərbəst şəkildə işıqlandıra bilməsi üçün ictimai asayişi qoruyan polis onlara hücum etməməlidir. ATƏT məkanında jurnalistlərin təhlükəsizliyi bizim prioritetlərdən biri olub və olaraq qalır”, – Miyatoviç bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button