Rubrikalar: MARAQLI XuralTAC

“Dünya okeanının yarısı kosmos mənşəlidir”-İDDİA

Su planetimizin təxminən dörddə üçünü təşkil edir, lakin alimlər indiyədək onun mənşəyini və nədən bu qədər çox olduğunu dəqiq söyləyə bilmirlər.

Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, irəli sürülən ehtimallardan biri Yerin formalaşdığı və çox gənc planet olduğu mərhələdə su ilə zəngin olan mineralların okeanları əmələ gətirməsidir. Digər fərziyyə isə ondan ibarətdir ki, okeanın müəyyən hissəsində suyun mənşəyi planetimizə gəlmiş kometalar və asteroidlərdir. Arizona Universitetinin kimyaçı alimlərinin tədqiqatları ikinci ehtimalın doğru olduğunu təsdiq edir. Onlar İtokava daş asteroidinin süxurlarında çoxlu su aşkar ediblər. Bu göy cismi son zamanlaradək tamamilə “quru” hesab olunurdu.

Alimlərin hesablamalarına görə, planetimizin mövcud olduğu milyardlara il ərzində İtokava kimi asteroidlər Yer kürəsinə Dünya okeanının su ehtiyatlarının yarısını gətirə bilərdi. Beləliklə, dəqiq desək, planetimizdə 700 milyard meqaton, yaxud 1,4 sekstillion (sekstillionun yazılışında 1 rəqəmindən sonra 21 sıfır var) su mövcuddur. “Yer kürəsi kosmosun mavi nöqtəsində yerləşir və burada çoxlu su ehtiyatları və üzvi birləşmələr var. Məhz onların sayəsində həyat mövcuddur. Başqa bu cür planet elmə məlum deyil. Bizim əsas vəzifəmiz bunun necə baş verdiyini aydınlaşdırmaqdır”, – deyə Arizona Universitetinin professoru Metraye Boz vurğulayıb.

Hələ ki, İtokava tərkibinin öyrənildiyi ilk və yeganə asteroiddir. Lakin asteroidlər, kometalar və digər göy cisimlərinin Dünya okeanının yaranmasında böyük töhfələrinin olmasını iddia etmək üçün bu tədqiqat kifayət edir. Tədqiqatın iştirakçılarından biri Tszin Tszilyan deyir: “Biz tədqiq etdiyimiz nümunələrdə Günəş sistemi hüdudlarında olan göy cisimlərindən də çox su olduğunu müəyyən etdik”.

2005-ci ildə “Hayabusa-1” yapon kosmik zondu Günəş sistemimizin yarandığı vaxt meydana gəldiyi ehtimal olunan İtokava asteroidinin orbitində üç həftə qalıb. Sonra aparat onun səthinə enib və süxurların nümunəsini götürərək 2010-cu ildə Yerə çatdırıb. Tədqiqatlar zamanı məlum olub ki, asteroidin süxurlarının tərkibində minerallar, çoxlu silisium var. Alimlər hesab edirlər ki, İtokava başqa göy cismi ilə toqquşma nəticəsində parçalanaraq daha böyük obyektdən ayrılıb. İndi kosmosda olan ikinci yapon zondu digər asteroidin – Ryuqanın səthinə enib. Oradan götürüləcək süxurlar da Yerə çatdırılacaq.

Paylaş:

This post was last modified on 3 May 2019 9:35 axşam

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mikayıl Cabbarov əsas nazir oldu

Rövşən Ağayev: “Baş nazirlik institutunun ləğv olunması ən doğru addım olardı” “Prezident İlham Əliyevin 23 oktyabr sərəncamlarını struktur islahatları adlandırmaq…

23 Oktyabr 2019 8:48 axşam
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Ramiz Mehdiyev getdi!

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz…

23 Oktyabr 2019 8:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
Xural.COM