Dünyada koronavirus can almaqda davam edir: 56 min 989 ölüm-SON SİYAHI

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları  sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu keçib. Tibb sahəsi üzrə alimlərin proqnozuna görə aprel ayının sonlarına doğru yoluxma azalacaq, ölüm sayı artacaq. May ayından isə proses azalan xətt üzrə davam edəcək.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 74 min  290 nəfər, ölənlərin ümumi sayı isə 56 min 989 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son bir neçə saatda   ABŞ-da koronavirusa yoluxanların sayı 20 min 629,  ölənlər isə  716 nəfər olub. ABŞ-da koronavirusdan həm yoluxma, həm də ölüm halları son günlər xeyli artıb. Ümumilikdə bu ölkədə 265 min 506 nəfər koronavirusa yoluxan, 6 min 786 nəfər bu virusdan ölən var.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, İspaniya, Almaniya və Çin gəlir.

İtaliyada koronavirusa  son saatlarda yoluxanların sayı 4 min 585 nəfər,  ölənlərin sayı 766 nəfərdir. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı  119 min 827 nəfər, ölənlərin ümumi sayı isə 14 min 681 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir. İtaliyada son üç gündə yoluxma sayı xeyli dərəcədə (təxminən 3 dəfə) azalıb.

İtalya'da Corona Virüsü Vakalarında Yüzde 45 Artış

İtaliyadan sonrakı sıraya İspaniya yüksəlib. İspaniyada bu saata olan yoluxma sayı İtaliyadan çoxdur.  Belə ki, son saatlarda İspaniyada bu virusa 5 min 645 nəfər yoluxub, 587 nəfər ölüb. Ümumilikdə bu ölkədə 117 min 710 nəfər yoluxan, 10 min 935 nəfər ölən var.

Almaniyada  son saatlarda 5 min 44 nəfər yoluxub, 123 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 89 min 938 nəfər, ölən isə 1230 nəfərdir. Almaniyada yoluxma sürətlə artsa da ölüm halları hər gün üçün yüz nəfərdən bir qədər artıq olur.

Italia Darurat Corona, Aksi Borong Terjadi

Çində isə gün ərzində 31 nəfər yoluxub, 4 nəfər ölüb. Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 620) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 322 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb. Çinin bu virusa qalib gəldiyi söylənilir.

Ümumilikdə dünyada hazırda 791  min 238 nəfər koronavirus xəstəsi var. Onlardan 38 min 973 nəfərinin vəziyyəti ağırdır.

Bu gün hazırkı saata görə  dünyada koronavirusa ümumilikdə 59 min 225 nəfər yoluxub, 3 min 822 nəfər isə ölüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button