Dünyada koronavirusdan ölənlər 45 mini, yoluxanlar 900 mini keçdi-Son siyahı

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları son günlər sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyona çatmaqdadır.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 903 min 810 nəfər, ölənlərin ümumi sayı isə 45 min 335 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son bir neçə saatda ABŞ-da koronavirusa yoluxanların sayı 11 min 759,  ölənlər isə 341 nəfər olub. Ümumilikdə bu ölkədə 200 min 289 nəfər koronavirusa yoluxan, 4 min 394 nəfər bu virusdan ölən var. ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 83 min 712 nəfər koronavirusa yoluxan, 1941 nəfər isə ölən var.

Coronavirus outbreak in Europe has many asking, 'Why Italy ...

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, İspaniya, Çin, Almaniya gəlir. İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 4 min 782 nəfər, ölənlərin sayı 727 nəfərdir. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 110 min 574 nəfər, ölənlərin ümumi sayı isə 13 min 155 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.

Italy struggles to contain coronavirus outbreak as cases spread south

İtaliyadan sonrakı sıraya İspaniya yüksəlib. İspaniyada bu saata olan yoluxma sayı İtaliyadan çoxdur. Belə ki, son saatlarda İspaniyada bu virusa 6 min 213 nəfər yoluxub, 589 nəfər ölüb. Ümumilikdə bu ölkədə 102 min 136 nəfər yoluxan, 9 min 53 nəfər ölən var.

Çində isə gün ərzində 36 nəfər yoluxub, 6 nəfər ölüb. Bu Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 554) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 312 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb.

Italy Coronavirus News: Virus in Italia Ultime Notizie - Bloomberg

Almaniyada son saatlarda 3 min 946 nəfər yoluxub, 74 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 75 min 754 nəfər, ölən isə 848 nəfərdir.

Ümumilikdə dünyada hazırda 667  min 800 nəfər koronavirus xəstəsi var. Onlardan 34 min 855 nəfərinin vəziyyəti ağırdır.

Bu gün dünyada koronavirusa ümumilikdə 45 min 500 nəfər yoluxub, 3 min 33 nəfər isə ölüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button