“Dünyadakı ən gözəl qız”-ŞEİR
Sevdalı
Səni məndən ayırmağa,
Ayrılığın gücü yetməz.
Əzrayıl da gəlsə bil ki,
Səni məndən ala bilməz.
Əcəl gəlsə bir gün qonaq,
Nə məzartək dar bir otaq,
Nə ağ kəfən, nə də torpaq
Səni məndən ala bilməz.
Biz bir canıq iki təndə,
Sən məndəsən, mən də səndə.
Heç bir məxluq, heç bir bəndə
Səni məndən ala bilməz.
Qəribədir taleyimiz,
Bir dünyadır, bir ikimiz.
Qopsa tufan, coşsa dəniz,
Səni məndən ala bilməz.
Əbədiyyət oylağımız,
Sonsuz səma yaylağımız,
Dünyadakı ən gözəl qız,
Səni məndən ala bilməz!
Xural.com