Dünyanın ən nəhəng palçıq vulkanı püskürdü

Dünyanın ən nəhəng palçıq vulkanının 30 il sonra növbəti dəfə püskürdüyü bildirilir. Söhbət Qaradağ rayonundakı Torağay palçıq vulkanından gedir.

Bu haqda Azərbaycan Milli Elmlər Akdemiyasının məlumatında bildirilir.

AMEA qeyd edir ki, bu gün, martın 1-i səhər saat 04:38 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Torağay palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.

Bu günədək vulkan 10 dəfə püskürüb.

Toragay-da sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button