Dünyanın ən varlı ermənisi öldü

milyarder Kirk KerkoryanErməni əsilli milyarder Kirk Kerkoryan ölüb.

xural.com -un USA Today MGM Resorts International otel şəbəkələrinin rəsmi açıqlamasına istinadən verdiyi xəbərə görə,  sıfırdan milyarder səviyyəsinə qədər qalxan Kirk Kerkoryanın sərvətinin dəyəri 4 milyard dollar təşkil edib. 

Ailəsini səfalətdən qurtarmaq üçün cəmi 8 sinif oxuyan erməni köçkünü Kirk Kerkoryan boksçu olmaq qərarına gəlir. Qeyd edilir ki, Kerkoryanın Las-Veqas şəhərinin yaranmasında böyük rolu olub və bu şəhərdə onun restoranlar şəbəkəsi mövcuddur.
O Beverli-Hilzin ən varlı adamlarından biri sayılırdı.
Milyarderin 98 yaşı var idi.
Xatırladaq ki, 7 il əvvəl arvadı Kirk Kerkoryanın hüquqlarını müdafiə edən vəkili həbs etdirmişdi. Onun iddialarına görə, h

üquqşünas onun telefon danışıqlarına qulaq asırmış … İddia məhkəmədə təsdiqini tapdıqdan sonra, v

əkil Terri Kristensen üç il həbs cəzası alıb. İddiaya görə,

Terri Kristensen Kirk və Liza Kerkoryanların 2002-ci ildə boşanma prosesi zamanı bu addımı atıb. O, uşağın saxlanılmasına ayrılacaq pulun məbləğinin müəyyən edilməsi zamanı qadının atacağı addımları öyrənmək üçün onun telefon danışıqlarına qulaq asıb. Bunun üçün o, xüsusi detektiv tutub.

Los-Anceles məhkəməsi vəkilin ən azı 2 halda telefon danışıqlarına qulaq asdığının sübuta yetirildiyini bildirərək hökm çıxarıb.

Kristensen həm də 250 min dollar cərimə edilib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button