Dünyanın ən varlı insanları – SİYAHI

qızılSiyahıda azərbaycanlı milyarder də var. Bloomberg agentliyi dünyanın ən zəngin insanlarının reytinqini dərc edib.

xural.com oxu.az-a istinadən xəbər verir ki, ilk yüzlüyə yeddi Rusiya sahibkarı daxil olub.
Ən böyük sərvətə malik rusiyalıların üçlüyü belədir: Vladimir Potanin (sərvəti 15,8 milyard dollar), Viktor Vekselberq (15,5 milyard dollar) və Aleksey Mordaşov (14,5 milyard dollar). Ölkənin ən zəngin adamları Bloomberg-in qlobal reytinqində 55-ci, 57-ci və 68-ci yerləri tutublar.
Onlardan başqa ilk yüzlüyə Alişer Usmanov (14,2 milyard dollar), Leonid Mixelson (13,8 milyard dollar), Mixail Fridman (13,4 milyard dollar) və Roman Abramoviç (12,4 milyard dollar) daxildir.
“LUKOİL”un prezidenti, əslən azərbaycanlı olan Vahid Ələkbərov 9,4 milyard dollar sərvət ilə siyahının 143-cü pilləsindədir.
Siyahının birinci pilləsində Microsoft şirkətinin təsisçisi, 85,5 miyard dollar sərvət olan Bill Geytsdir. Reytinqin ikincisi ispan milyarderi Amansio Orteqadır (71,5 milyard dollar). Liderlərin üçlüyünü Uorren Baffet (70,2 milyard dollar) tamamlayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button