Dünyanın hər yerindən Müsavatın qonaqları gəlir

Musavat başqanı İsa Qəmbər

Müsavat Pariyasının 100 illik yubiley tədbirlərində iştirak edəcək qonaqlar bu gündən etibarən ölkəmizə gəlməyə başlayıblar.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal, qurumun idarə heyətinin üzvü Səlcuq Önal, Türkiyədə yaşayan həmvətənimiz Xanım Xəlilova artıq Bakıya gəliblər. Hava limanında onları Müsavat Partiyasının başqanı İsa Qəmbər, İctimai Palatanın Korrodinasiya Şurasının üzvü Pənah Hüseyn və sabiq millət vəkili İkram İsrafil qarşılayıblar.

Xatırladaq ki, yubiley tədbiri sabah saat 09.30-da Müsavat Partiyasının qərargahında başlayacaq.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button