Dünyaşöhrətli müğənni Uitni Hyuston vəfat etdi

whitney houston

12.02.2012

Uitni Hyuston  Los-Ancelisdə “Beverli Hilton” otelinin nömrəsində ölü olaraq tapılıb. Müğənninin öldüyü təcili tibbi yardım həkimlərinin müyinəsindən sonra müəyyənləşib. 48 yaşlı müğənninin ölümünə nə səbəb olması haqqında məlumat verilmir.

Müğənninin meyiti üzərində zorakılıq əlamətləri aşkar edilmədiyindən polis Uitni Hyustonun öldürülməsi ehtimalını istisna edir.

Xatırladaq ki, Uitni Hyuston dünya şöhrətini 1980-90 illərdə qazanıb. O, ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. O aldığı mükafatların sayına görə Ginnesin rekord siyahısına düşüb. O “Mühafizəçi”, “Keşişin həyat yoldaşı”, “Fasiləni gözləyərək” filmlərində baş rolları ifa edib.

 

http://www.youtube.com/watch?v=h9rCobRl-ng

 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button