Düşmənin canına qorxu düşüb!

Azərbaycanın hərbi xərclərinin artımının yaratdığı müharibə xofunu aradan qaldırmaq məqsədi ilə Ermənistan müdafiə xərclərində simvolik də olsa artım edib…
Lent.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistan dövlət başçısının və parlamentdə təmsil olunan Respublikaçılar Partiyasının təklifləri nəzərə alınmaqla müdafiə xərcləri 5,6 milyard dram və ya 15,56 milyon ABŞ dolları artırılıb. Bununla da Ermənistanın 2011-ci il üçün nəzərdə tutulan müdafiə xərcləri 145 milyard dram və ya 402,92 milyon dollar proqnozlaşdırılır.
Məsələ ilə bağlı Ermənistan parlamentində çıxış edən maliyyə naziri Tiqran Davatyan bildirib ki, bu addım Azərbaycanın müdafiə xərclərini artırması və sürətlə silahlanmasını neytrallaşdırmaq məqsədi ilə atılıb. Nazir 2011-ci ildə Ermənistanın müttəfiqlərinin imtiyazlı silah satışı proqramlarından da yararlanacağını vurğulayıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button