Düşmənin xeyli itkisi var, bayrağı atıb qaçırlar-MN

Bir müddət öncə Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib.

Xural.com xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov cəbhə xəttində gün ərzində baş verənlərlə bağlı məlumat çatdırıb.

A.Eyvazov qeyd edib ki, Ordumuzun əks hücum əməliyyatı cəbhənin bütün istiqamətində davam edir.

Onun sözlərinə görə, düşmənin canlı və hərbi texnika qüvvəsindən xeyli itkisi var:

“Dünən xəbər verildiyi kimi, döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha öz acizliyini nümayiş etdirdi. Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: ya ərazimizi tərk etməlidie, ya da onlar yerində məhv olacaqlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button