Düşündüyünüz icadlardan çəkinməyin – VİDEO

çılgınbuluş18Hər hansı icaddan söhbət gedəndə mütləq adamın ağlına yaponlar gəlir. Son illərin texnoloji inkişafı belə düşünməyimizə əsas verir.

XuralTAC-ın sizə təqdim etdiyi bu video sosial şəbəkələrdə maraqla qarşılanıb. Hər gün düşündüyümüz, lakin tapdığımız icadları həyata keçirmək imkanlarımızın olmaması, necə deyərlər, istedadımızı “bələkdə boğur”. Amma elə insanlar da vardır ki, düşündüklərini dərhal həyata keçirmək üçün əllərindən gələni edirlər. Bunun üçün nə itirdikləri zamana, nə də pula heyfsilənmirlər.

Ola bilsin ki, bəşəriyyət onların bu tapıntılarını mənasız olaraq qəbul etsin, lakin bu cür icadlar həm də onların təsisçilərinə özgüvənlik qazandırır. Gələcəkdə bu insanlar daha hansı ixtiraların müəllifləri olacaqlar, demək çətindir. Əsas odur ki, bu gün var, həyat var və yaşamağa dəyər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button