DYP avtomoli qəza törətdi

Dərhal da avtomobilin dövlət nömrə nişanını söküblər…

 Bakı Şəhər Dövlər Yol Polisinin 10 YP 340 dövlət nömrə nişanlı BMV markalı avtomobili ağır qəza tərədib. “Gənclik” metrostansiyasından Nəsimi bazarına gedən istiqamətdə baş verən yol qəzasını XuralTAC əməkdaşı müşahidə edə bilib. Həddindən artıq sürətlə gedən DYP avtomolini Nərimanov Rayon DYP-nin sabiq komandiri idarə edirmiş və polis əməkdaşı avtomobildə tək imiş. Əməkdaşımızın müşahidələrinə görə, polis əməkdaşı avtomobili təxminən saatda 160 sürətlə idarə edirmiş.

Olaydan dərhal sonra hadisə yerinə Post Patrul Xidməti çağrılıb. PPX-nin ilk işi DYP avtomobilinin nömrəsini çıxarmaq olub. Bundan sonra təcili avtomobili hadisə yerindən avtokarla götürüblər.

Maraqlıdır ki, hadisə baş verəndən sonra polislərə yardımçı olmağa gələn vətəndaşlara qarşı kobudluq baş verib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button