Eduard Məmmədovun əkiz övladı dünyaya gəldi

11 qat dünya çempionu ata oldu

XuralTAC-a verilən məlumata əsasən, Kikboksinq üzrə Azərbaycanın milli komandasının üzvü, kikboksinqin lou-kik üslubunda mübarizə aparan Eduard Məmmədovun avqustun 11-də əkiz övladı dünyaya gəlib. 2,9 kq çəkidə olan oğlu və 2 kq çəkidə olan qızı sağlam dünyaya göz açıblar və hazırda həkimlərin nəzarətindədirlər.

“Oksigen” özəl klinikasında qeysəri əməliyyatı zamanı dünyaya göz açan körpələrin anası Sara xanım da özünü yaxşı hiss edir.

Qeyd edək ki, Eduard Məmmədov karyerası ərzində 11-ci dəfə kikboksinq üzrə dünya çempionu tituluna sahib çıxıb. Məmmədov kikboksinqin WPKA (Ümumdünya Həvəskar Kikboksinq Assosiasiyası) versiyasında da iki qızıl medal qazanıb. Hazırda o, Azərbaycanın ən titullu idmançısı sayılır.

 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button