Ehtiyatda olan hərbçilərin məzuniyyət məvacibləri ödənilməsi “gecikir”

19.01.2012

Mətbuat konfransına toplaşanlar özləri də kompensasiya ala bilməyən ehtiyatda və istefada olan zabitlərdir.

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi hesab edir ki, 1991-2011-ci illər ərzində istifadə edilməyən məzuniyyət əvəzinə hərbi qulluqçulara pul kompensasiyasının verilməməsi “Nazirlər Kabinetinin prezidentin qərarlarını icra etməməsi”ndən irəli gəlir.

Məsələ ilə bağlı mətbuat konfransı keçirən Birliyin sədri Yaşar Cəfərli deyir ki, kompensasiyaların verilməsi barədə 2010-cu ilin iyununda qanun qüvvəyə minsə də, onu icra edən yoxdur.

Birlik bildirir ki, “qanunun tələblərinin yerinə yetirilməməsində həm Nazirlər Kabinetinin rəhbərliyinin – baş nazirin, həm də Müdafiə Nazirliyinin rəhbərliyinin məsuliyyəti var”

“Müdafiə Nazirliyinin rəhbərliyi prezidentlə əlaqə saxlayıb onun fərmanının Nazirlər Kabineti tərəfindən yerinə yetirilmədiyini deməlidir”, birlik sədri bildirir.

Birliyin qənaətinə görə, NK və MN-nin qanunu icra etməməsinin əsas səbəblərinə bürokratik əngəllər, Kabinetdəki daxili problemlər, MN-nin etinasızlığı və ordu rəhbərliyinin öz tabeçiliyində olanlara etinasız yanaşması və zabitlərin öz hüquqları uğrunda mübarizə aparmaması aiddir.

Xatırladaq ki, hərbçilərin kompensasiya alması məsələsi ilk dəfə 1992-ci ildə “Hərbi qulluqçuların statusu” haqqında qanunu ilə tənzim edilib.

Qanuna görə, zabitlərə 45, gizirlərə 40 sutka məzuniyyət verilməli idi. Cəfərli həmin dövrdə “ölkə müharibə şəraitində olduğundan bunu reallaşdırmaq mümkün olmadığını deyir. “Bu halda hərbi qulluqçulara məzuniyyət verilsəydi idarə heyətinin ən azı 30 faizi daim məzuniyyətdə olacaqdı, bu da qəbul edilməz idi” Onun sözlərinə görə, sonrakı dövrlərdə qanuna əməl edilməməsi isə “qanunsuzluq halı”dır.

1993-94 -cü illərdə iki il müddətində hərbçilərə məzuniyyət əvəzinə ödəniş edilsə də, sonradan dayandırılıb.

Cəfərlinin sözlərinə görə, sabiq müdafiə naziri Məmmədrəfi Məmmədov “hamıya istifadə edilməyən məzuniyyətlər əvəzinə pul kompensasiyalarının ödənilməsi haqqında göstəriş” versə də, hazırki nazir buna qadağa qoyub”.

Birlik mətbuat konfransında iştirak edən digər hərbi maraqları dəstəkləyən ictimai qurumlarla birlikdə NK-ni məhkəməyə verməyi və Kabinet qarşısında piket keçirməyi qərara aldıqlarını bildirib.

BBC Azərbaycanca

Əlaqəli məqalələr

1 şərh

  1. salam man ehtiyyatda olan gizir ramazanov elhan. mudafia nazirina dafalarla istifada olunmamis mazuniyyata gora pul kompensasiyasinin odanilmasina gora muraciat etsakda cavab almamisiq.xahis ediram mumkunsa siz biza komaklik edasiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button