Ehtiyatda olan hərbi vəzifəlilər təlim toplanışlarına çağırılır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təlim toplanışlarına çağırılma ilə bağlı məlumat yayıb: 

““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”.

Xatırladaq ki, bundan öncə Müdafiə Nazirliyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcəyi haqda məlumat yaymışdı. Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button