Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

Ejen Potye və Aydın Canıyevin “lənətlə damğalananları”…

İlham İsmayıl
“Qalx, ey lənətlə damğalanmış aclar və qullar dünyası!”
Tanış gəldimi bu çağırış? Fransız şair Ejen Potyenin Paris Kommunasına həsr etdiyi və sonralar “İnternasional” adı ilə beynəlxalq kommunist hərəkatın himni olmuş şeiridir. İnternasional ideyası dövrü keçib, amma “ lənətlə damğalananlara” müraciət, planetdə hələ uzun müddət  müasir qalacaq.
Bu, azadlığa çağırışdır. Qarabağ işğaldadır və biz onu azad edə bilmirik. Deməli, biz də ”lənətlə damğalanan” bir toplumuq və neçə ki, vətənimizi azad edə bilməmişik,  sosial və şəxsi statusundan asılı olmayaraq özünü bu ölkənin vətəndaşı hesab edən hər kəs özünə sual verməlidir – kimik biz? Lənətlə damağalananlar! Özünü bu cür hesab etməyənlər, bu hissləri içində gəzdirib ondan qurtulmaq istəməyənlər nə bu dövləti, nə bu milləti, nəhayət Vətəni sevməyənlərdir, Azərbaycana yalnız onun sərvətlərindən bəhrələnmək və maddiyatını artırmaq mənbəyi kimi baxanlardır. Axı, belələri ( ilahi, onlar niyə bu qədər çoxdurlar?) haradan bilsinlər ki, vətən nədir, dövlət nədir və Qarabağ bu dövlətin, bu millətin dünənində, bu günündə, gələcəyində hansı dəyərin daşıyıcısıdır.
“Xalqa, dövlətə, torpağa sevgi üzərində yapılan hər nəsnə xoşdur”. Bu sözləri  Aydın Canıyev yazır. “O XƏRÇƏNGİN ADI QARABAĞDIR” (https://www.xural.com/aydin-caniyev-qarabag-komit%C9%99sind%C9%99n-yazdi-o-x%C9%99rc%C9%99ngin-adi-qarabagdir/)
möhtəşəm yazısında “hər bir ölkə vətəndaşını “ sadəcə bəyanat verin:” mən Qarabağlıyam – yəni Qarabağ Komitəsinin üzvüyəm”- deməyə çağırır. Bu gün hamının “mən Qarabağlıyam” deməsinə ehtiyac var.
Bir dəfə yazmışdım: Qarabağı azad etmək üçün Qarabağı sevmək lazımdır. Baxın, Aydın Canıyev nə yazır:” Bizim xilasımız sevgidən keçir – Azərbaycanı sevməkdən. Sehrini, magik gücünü çoxdan itirmiş “sevgi xarüqələr yaradır” şüarından!” Yazar ona görə xarüqə deyir ki, qarşımızda nəhəng biganələr seli və onları idarə edən mənəviyyatı çox boş, fiziki gücü isə ondan iki dəfə çox dayananlar var. Onlara təsir etmək xarüqədir! Edə bilərikmi? Bilərik!
Aydın Canıyev çağırışı jurnalist kimi yox, ziyalı kimi yazıb. Aydın Canıyev elə ən böyük ziyalıdır. Özünü ziyalı bilənlər – Elmlər Akademiyasının akademikləri, Yazıçılar Birliyinin məmur yazarları, Bəstəkarlar İttifaqının üzvləri, rəssamlar, müğənnilər – daha kimlər, kimlər: bu son 10 ildə Qarabağla bağlı səsiniz çıxıbmı? Aydın kimi bir yazı yazmısınızmı? Xalqa, dövlətə səslənmisinizmi?
Ümumiyyətlə, bir vətəndaş kimi Qarabağ problemi sizi narahat edirmi? Susqunluğunuzdan hiss olunur ki, yox, narahat deyilsiniz. Amma Qarabağ adı gələndə narahat olursunuz. Elə bil ki, zamanında deyilmiş “ötmə dedim, ötmə tar, istəmir ki, proletar, səndə çalınsın” “Qatar”ənənəsi davam edir. Yoxsa, Qarabağ adını çəkməyi “müasir proletarlar” özünü ziyalı bilən zümrəyə qadağan edib, ya dolayısı ilə ona işarə vurub? Yeri gəldi-gəlmədi dünyaca məşhur adamlardan, yazıçılardan sitat gətirərsiniz. Rastrapoviç 1991-ci ildə Rusiyada Putça zamanı Moskvadakı Ağ evi qoruyanlardan biri olub. Baxmayaraq ki, artıq sovet sistemi onu da, arvadını da vətəndaşlıqdan çıxarmışdı, amma o əsl ziyalı-vətəndaş mövqeyi nümunəsi göstərdi. Rastropoviç ola bilərsinizmi?
Keçən həftə İstanbulda Atlantik Əməkdaşlıq Assosiasiyasının (ATA-Atlantic Treaty Association) tədbirində iştirak edirdim. Nüfuzlu tədbir iştirakçılarından biri Qarabağla əlaqədar kuluar söhbətlərində dedi ki, Azərbaycan GUAM-dan de-fakto aralanıb, ola bilsin ki, yaxın günlərdə – dekabrın 6-dan sonra Sankt-Peterburq görüşündə Azərbaycanı KTMT-yə müşahidəçi kimi qəbul etsinlər və sizin parlament də belə bir qərar versin. Düzü inanmağım gəlmədi, amma indiyədək baş verənlərin təhlilini, parlamentin kəramətini və eşitdiyimi region haqqında informasiyalı bir şəxsin dediyini nəzərə alsaq, KTMT bataqlığına sürüklənməmizin mümkünlüyü də istisna deyil.
Bizim maraqlara tamam zidd bir addım atıla bilər. Burada udan yalnız Rusiya olacaq. Belə bir halın baş verməsini Qarabağın işğalının rəsmiləşməsi prosesinin başlanğıcı hesab etmək olar.
Deyə bilərsiniz ki, Aydın Canıyevin çağırış-yazısı ilə bu informasiyanın nə əlaqəsi? Var əlaqəsi. Sabah bu cür qərarlar qarşısında, Qarabağın itirilməsinin rəsmiləşməsi yolunda veriləcək mümkün qərarlara qarşı çıxmaq, yazı yazmaq, çağırış etmək, addım atmaq kütlənin işi deyil, ziyalının, passionar şəxslərin işidir. Əhməd bəy Ağaoğlunun ziyalı haqqında sözlərini bir də xatırlayaq: “Əsl ziyalılar öz inamlarının istisi ilə hərəkətsiz, soyuq kütləni qızdırır, öz qəlb atəşinin qığılcımını kütləyə verir, böyük fədakarlıq və sədaqətlə gələcəyə irəliləyirlər. Bu cür ziyalılardan məhrum olan xalq məhrumiyyətlərə düçar olacaq”.
“Lənətlə damğalanmış”, məhrumiyyətlərə düçar olan toplumun çıxış yollarından biri Aydının dedikləridir: “Nə etməli?” sadəcə, Çernışevskinin tarixi-siyasi aforizmi deyil! Bizim əbədi dilemmamızdır! Dəhşət həm də odur ki, bizi nə hərbi gücümüz, nə iqtisadi qüdrətimiz, nə elmi potensialımız bu miskinlikdən qurtarmır!” Ermənistandakı son 6 aylıq hökumətsizlikdən yararlanıb heç bir hərbi, diplomatik addım ata bilmədik. Belə çıxır ki, düşmənin ən pis vəziyyətindən də istifadə olunmursa, ümumiyyətlə, Qarabağın azad edilməsi gündəmdə deyil. Bəs nədi bu ölkənin gündəmi? Deyilən gücü hərəkətə gətirmək üçün ziyalının – “vətəni işğaldan azad et” tələbinə, çağırışına, sözünə ehtiyac var. Yoxsa başımızn üstündəki kabusu – “lənətlə damğalanmışlar” adını ömür boyu yox, tarix boyu, dünya durduqca bu millət, gələcək nəsillər üstündən ata bilməyəcək.
Xural.com
Paylaş:

This post was last modified on 1 Dekabr 2018 9:07 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Nəqliyyat pulları hara xərclənir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

11 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Fərəməz Novruzoğlu “Siyasət meydanı”nda: “İlham Əliyev parlamenti niyə qəfildən buraxdı?”-VİDEO

Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri, araşdırmaçı jurnalist Fərəməz Novruzoğlu 10 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

“Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq”-ŞOK

İlham İsmayıl Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək... Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Tural Abbaslı və Pənah Hüseyn “Siyasət meydanında”: “Seçkilərə kimlər gedir?..”-VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı 09 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Zəlimxan Məmmədli “Siyasət meydanı”nda: “Müxalifət birləşə bilmir”-VİDEO

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 09 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
Xural.COM