Ekspert: Seçki Məcəlləsi”ndə sosial şəbəkələrdə diskussiyaları qadağan edən müddəa yoxdur

“Hökumət ənənəvi medianı bütövlükdə nəzarət altına alıb. Amma sosial media bu nəzarətdən bir qədər kənardadır. Sosial media hazırda cəmiyyətin obyektiv məlumat aldığı və azad diskussiya quracağı məkandır. MSK-nın narahatçılığı bundandır. Yəni sosial şəbəkələrdə alternativ fikirlər yer alır və heç də tam nəzarətə götürmək mümkün deyil”. Bu barədə media üzrə ekspert Ələsgər Məmmədli Turan agentliyinə bildirib.

Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, sosial şəbəkələr geniş auditoriyaya malikdir və seçki prosesləri zamanı sosial şəbəkələrdəki proseslərin izlənməsi mühüm məsələdir. Seçki təşviqatınadək sosial şəbəkələrlə bağlı təkliflərin hazırlanması zəruridir. Bu, daha tez hazırlanmalıdır. Bunun əsasında sosial şəbəkələrin monitorinqi təşkil edilməli, təşviqatı pozanlar haqda müvafiq tədbirlər görülməlidir”, deyə o qeyd edib.

Öz növbəsində, ekspert hesab edir ki, “Seçki Məcəlləsi”ndə sosial şəbəkələrdə diskussiyaları, çoxfikirliyliyi qadağan edən müddəa yoxdur.

“Sosial şəbəkə virtual mühitdir və burada ifadə azadlığı çərçivəsində istənilən şəkildə diskussiya qurmaq, fikirləri yaymaq imkanı olmalıdır. Burada seçki qanunvericiliyi ilə bağlı hər hansı ziddiyət yoxdur”.

Seçki təbliğatına gəlincə, bununla bağlı “Seçki Məcəlləsi”ndə konkret noramalar var.

“Qanun normalarına görə, hansı mediada, hansı vaxtda, hansı ölçüdə təbliğat materialı verməklə bağlı öhdəliklər var. Tərəflərə bərabər imkanlar yaradılmalıdır. Qanunvericiliklə tərəflər öhdəlik götürür ki, fikir azadlığı çərçivəsində fikirlərini bildirməlidirlər. Bu tənqid də, tərif də ola bilər. Amma sosial şəbəkə iştirakçılarının fikir bildirməsinə hər hansı qadağa qoyula bilməz və ya sosial şəbəkənin qapanmasına yol vermək olmaz”, deyə Məmmədli qeyd edib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button