Ekspert şok fakt açıqladı: “Azərbaycandan Gürcüstana 20.000 hektar torpaq verilib”

Təhlükəsizlik eksperti İlham İsmayıl maraqlı və sensasion fakt açıqlayıb. O, 1938-ci ildə Azərbaycandan Gürcüstana 20.000 hektar torpaq verildiyini və onun geri qaytarılmadığını yazıb. Xural.com İlham İsmayılın statusunu təqdim edir:

“Mən 8 il keçmiş Xanlar rayonu ərazisində DTK-nın əks-kəşfiyyat tədbirlərini həyata keçirən zabit olmuşam. Yəni rayonun kuratoru olmuşam. Xanlar rayonu indiki Samux rayonu ilə bir yerdəydi. Samux bölgəsi Gücüstanla həmsərhəddi, təxminən 66 kilometr məsafədə. Sərhəd bölgəsi haqqında keçmiş materiallarda göstərilirdi ki, 1938-ci ildə hələ Mingəçevir SES tikilməzdən əvvəl, Alazan çayının vadisində Azərbaycana məxsus 20 min hektardan çox əkinə yararlı ərazi 10 il müddətinə Gürcüstana icarəyə verilib. 80-ci illər olmasına baxmayaraq, hələ icarəyə verilən 20 min hektardan çox ərazi geri qaytarılmadığı və xalqlar dostluğunun nümunəsi kimi qeyd edilirdi. Bu ərazi hələ də geri qaytarılmayıb. Zurabişvilinin həyasızcasına Azərbaycana torpaq tələbinə qarşı Azərbaycan dövləti əks tələblə çıxış etməlidir.
İkincisi, Borçalıda muxtariyyət tələbi ilə millətçi qrupların çıxışlarını gündəmə gətirmək lazımdır. Belə dəstələr yoxsa yaratmaq lazımdır.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button