Rubrikalar: SİYASƏT XuralTAC

Elçibəyin kürəkəni Birinci vitse-prezidentə təşəkkür etdi

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

“Report” xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.

Aqil Səmədbəyli cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.

Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Onun cənazəsi Azərbaycana gətirilərək, Naxçıvanın Ordubad rayonunun Kələki kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.

Paylaş:

This post was last modified on 18 İyun 2019 2:11 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Başsız medianın yeni sahibləri: Keçid dövrü JURNALISTLƏRI!

İnformasiya elə bir şeydir ki, düzgün idarə edilməsə, yönəldilməsə, hər sözündə dövlət, xalq düşünülməsə, ancaq faciələr törədər. İnformasiya həm də…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azəriqaz” sayğacların dəyişdirilməsi və yoxlanılması haqda

Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Rusiyadan Ermənistana daşınan 400 ton silaha görə Putinə zəng vurdu

Azərbaycan Prezidentinin mətbuat xidməti dövlət başçısı İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında dünən baş tutmuş telefon danışığı ilə bağlı…

13 Avqust 2020
  • CƏMİYYƏT
  • XuralTAC

BNA: “Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb”

Bu gün baş vermiş avtobus yanğınında marşrutun içində yalnız sürücü olub. Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı-FOTO

Mədəniyyət nazirliyində kadr dəyişikliyi davam edir. Xural.com unikal.org-a istinadla verdiyi məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Türkiyənin hərbi rəhbərliyi tam heyətlə Bakıya gəldi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi…

13 Avqust 2020
Xural.COM