Elçibəy: əxlaq və siyasətin ahəngi

Azərbaycan Demorkariya və Rifah (ADR) Hərəkatı tərəfindən təşkil edilmiş bugünki konfrans SSRİ dövründə və dağıldıqdan sonra milli-demokratik hərəkatın lideri, prezident Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunub.

“Qloballaşan Azərbaycanın inkişafı vətəndaş mərkəzi” ictimai birliyinin sədri Anar Əsədli “Elçibəyin XX əsrin sonlarında milli ideoloji mübarizə formulu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzənin əsas hədəfi Elçibəyin ölkənin maksimum təhlükəsizliyinə nail olmağa, milli özünüdərkin və kimliyin formalaşmasına, ictimai, siyasi, iqtisadi və digər sahələri əhatə edən liberal islahatlar həyata keçirilməsinə əsaslanan konsepsiyası olub.

Müəllifin fikrincə, konsepsiyanın uğurları və uğursuzluqları olub ki, heç bir lider onlardan sığortalanmayıb. 1993-cü ilin iyununda xarici və daxili qüvvələr tərəfindən təşkil olunmuş dövlət çevrilişi nəticəsində devrilən Elçibəyin bir illik hakimiyyəti dövründə o, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və demokratiyanın inkişafı üzrə aşağıdakı addımları atıb: milli valyuta tətbiq edib, liberal ticarət və iqtisadi münasibətlər tətbiq edib, qızıl-valyuta ehtiyatları yaradıb, ali məktəblərə qəbul imtahanlarında test sistemini tətbiq edib, KİV azadlığına, azlıqların azadlıqlarına zəmanət haqqında qanunlar qəbul edib, pul-valyuta sisteminin sabitliyini təmin edib və MDB-yə daxil olan ölkələr arasında ilk dəfə xarici qoşunları ölkə ərazisindən çıxarıb, beynəlxlaq neft kontraktı imzalamağa hazırlaşırdı və s.

Elçibəy hökumətində ilk baş nazirin birinci müavini, hazırda isə deputat olan Vahid Əhmədov qeyd edib ki, Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması regional və beynəlxalq səviyyədə neft-qaz, nəqliyyat layihələrinin həyata keçirilməsi üçün şərait yaradıb.

“Məhz Elçibəyin yüksək əxlaqı və siyasi iradəsi qısa müddət ərzində dövlətçilik prinsipləri platformasını formalaşdırmağa imkan verib”, deyə yazıçı Sabir Rüstəmxanlı bildirib.

Elçibəy həqiqətən də özünü qeyri-adi şəxsiyyət – milliyyətçilik, türk birliyi və demokratiya ideyalarının daşıyıcısı kimi göstərib.

“O, tarixdə heç kimin etmək istəmədiyini etmək istəyirdi. Elçibəy Şərq və neft ölkəsində demokratiya qurmağa çalışıb”, deyə əvvəllər Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev bildirib.

Bu qiymətləndirmə Azərbaycan ətrafında keçmiş və hazırki xarici siyasi təşəbbüslərə uyğundur. Böyük Britaniyanın o vaxtki baş naziri Marqaret Tetçer 1992-ci ildə prezident Elçibəylə görüşdən sonra onu qəribə insan kimi səciyyələndirib: onunla neft müqavilələri haqqında danışarkən o deyib ki, neft Azərbaycanın gələcək nəsillərinə məxsusdur.

* Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Naxçıvanın Kələki kəndində dünyaya gəlib. 2000-ci il avqustun 22-də Ankarada hospitalda dünyasını dəyişib. Sovet dissidenti, Xalq Cəbhəsinin lideri, 1992-1993-cü illərdə prezident olub. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button