“Elçibəy-80” yazı müsabiqəsi elan edildi-DİQQƏT!

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə “ELÇİBƏY-80” yazı müsabiqəsi elan edir. Musavat.com xəbər verir ki, müsabiqədə istənilən şəxs iştirak edə bilər. 

Müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilməlidir. Elektron portallarda, saytlarda və ya qəzetdə sonluğunda “Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir”, qeydi ilə birlikdə çap edilmiş və ya sayta yerləşdirilmiş yazılar daha sonra münsiflər heyətinə təqdim edilməli və ya elchibey80@gmail.com elektron ünvanına göndərilməlidir.

Müsabiqə 15 iyun 2018-ci ildə başa çatır. Mükafatlandırılma mərasimi 20 iyun 2018-ci il tarixə nəzərdə tutulur.

Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu:

1 1-ci yer üçün 1 500 manat
1 2-ci yer üçün 1 000 manat
1 3-cü yer üçün 5 00 manat
10 həvəsləndirici yer üçün hərəyə 100 manat.

Yazı Müsabiqəsinin münsiflər heyəti:

1. Ədalət Tahirzadə
2. Sabir Rüstəmxanlı
3. Ramiz Rövşən
4. Rüstəm Behrudi
5. Mehriban Vəzir
6. Qulu Məhərrəmli
7. Rauf Arifoğlu
8. Mehman Əliyev
9. Əvəz Zeynallı
10. Cavid İsmayıl
11.Çingiz Özgür.

Əlaqə telefonları: 070-342-13-50; 050-320-49-27

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button