Elçibəy-80 yazı müsabiqəsinin yekun nəticələri-FOTO

Elçibəy-80 yazı müsabiqəsinə 44 yazı buraxılıb. Yazılar kodlaşdırılıb və Münsiflər Hüyətinə kodlaşdırılmış formada paylanıb. Münsiflər Heyəti 11 nəfərdən ibarət olub. Heyət bu imzalardan mütəşəkkil idi:

1. Ədalət Tahirzadə
2. Sabir Rüstəmxanlı
3. Ramiz Rövşən
4. Rüstəm Behrudi
5. Mehriban Vəzir
6. Qulu Məhərrəmli
7. Rauf Arifoğlu
8. Mehman Əliyev
9. Əvəz Zeynallı
10. Cavid İsmayıl
11.Çingiz Özgür

İşlərinin çox olması səbəbilə Mehriban Vəzir müsabiqə yazılarını oxuya bilməyəcəyini deyib. Təşkilat Komitəsinin qərarı ilə Mehriban Vəziri Elçibəyin köməkçisi Oktay Qasımov əvəzləyib.
Ədalət Tahirzadə Cümhuriyyətin 100 illiyi ilə bağlı silsilə tədbirlərdə iştirak etdiyinə görə, yazıları oxumaq imkanı olmayıb.
Münsif Ramiz Rövşən yazıları qiymətləndirməyib.
Rauf Arifoğlunun işləri həddindən artıq çox olduğuna görə, o da yazıları qiymətləndirə bilməyib.
Beləliklə, 11 nəfərlik Münsiflər Heyətindən yalnız 8 nəfəri yazıları oxuyaraq qiymətləndirə bilib ki, onlar aşağıdakılardır:

1. Sabir Rüstəmxanlı
2. Rüstəm Behrudi
3. Oktay Qasımov
4. Qulu Məhərrəmli
5. Mehman Əliyev
6. Əvəz Zeynallı
7. Cavid İsmayıl
8. Çingiz Özgür

Bütün yazılar kodlaşdırılıb. Yazıların kodlaşdırılması əsasən email ünvanına göndərilmə sırası ilə baş verib – xüsusi məna yoxdur. Yekun nəticələrdə yazı müəlliflərinin adlarından əvvəl yazılan rəqəmlər, həm də müəlliflərin kod nömrələridir. Kodlaşdırılan yazılardan yazının başlığı və müəllifin adı çıxarılıb. Hətta 2 müəllifdə ad bu və ya digər formada yazının içində getsə də, o adlar belə çıxarılıb və “…” ilə əvəz olunub. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, heç bir münsif hansı yazının kimə məxsus olduğunu bilməyib. Bunun üçün həm vaxt olmayıb, həm də imkan. Yazıların hazırlanması – oxunub saytlara yerləşdirilməsi, kodlaşdırılması, çap olunması, münsiflərə paylanması və qiymətləndirməsi son 2-3 gündə baş verib. İyunun 18-də yazılar münsiflərə paylanılıb, 21-də onlardan götürülüb. Münsiflərin hər biri ayrı-ayrı yerlərdə və işlərdə olduğu üçün onları tapmaq, yazıları paylamaq və götürmək üçün ciddi əmək sərf olunub.Ona görə də, deyilən vaxt təxminidir. Məsələn, son yazılar ayın 21-də, tədbirin başlamasına bir neçə saat qalmış gəlib. Nə Təşkilat Komitəsinin, nə də münsiflərin heç biri təbii ki, ayın 21-i axşam saatlarına qədər nəticələrdən xəbərdar olmayıb. Çünki yazılar əldə olmayıb.
Yazıların qiymətləndirilməsi də orijinal üslubla olub. Hər yazının sonunda “Əsaslandırma” başlığı ilə 5 sətirlik boş yer buraxılıb və sonra “Qiymət (100 ballıq şkala üzrə)” yazılıb. Yəni bütün münsiflərə keyfi qiymət yazmaq imkanları məhdudlaşdırılmaq istənib. Hər kəs əsaslandırmasını yazmaqla qiymətləndirib. Buna riayət edən münsiflər də olub, sadəcə qiymət yazmaqla kifayətlənən münsiflər də olub.
Yazılar qrup halında açılıb, oxunub, münsifin adı elan olunub, yazının kodu səsləndirilib, qiymət deyilib və tərəfimdən qeydə alınıb. Yazının yekun qiymətinə ən azı, 3-4 nəfər baxıb. Hamı qiyməti görüb və təsdiq edib. Yazıların qiyməti kodlarla yazılandan sonra məlum olub ki, kim nə qədər bal toplayıb. Bal toplanan kimi ortalama çıxarılıb və yekun qiymətlər müəyyənləşdirilib.
Yalnız bundan sonra – təxminən iyunun 21-də, saat 21.30 radələrində Oktay Qasımovla diplomların yazılması üçün bilgisayar mərkəsinə getmişik və saat 01.00 radələrində diplomlar hazır olub.
Yazıların qiymətləndirilməsi son dərəcə ciddi, məsuliyyətli və demokratik prosedur nəticəsində əldə olunub. Adı çəkilən və yazılan münsiflərdən başqa kimsənin bu qiymətləndirmədə rolu olmayıb.
İsgəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Arzu Səmədbəyli, Qiyas Sadıqov və digər dostlarımız bu işlərin gedişini asanlaşdırmaq üçün əllərindən gələni ediblər. Mirmahmud Mirəlioğlunun qərargahı, Pənah Hüseynin evinin qapıları üzümüzə açıq olub. Onlar bizi yalnız motivə edib, bizə ruh veriblər. Təbii ki, yalnız yekun nəticələrin yazılmasında münsiflərin qiymətlərinə baxıb doğruluğunu təsdiq ediblər həm də.
Adını çəkdiyim insanlarla birlikdə Çingiz Özgür də əlindən gələni edib. Həm münsif kimi, həm də yazıların paylanması və toplanması kimi çətin işin öhdəsindən gələnlərdən biri də odur. Bütövlükdə Təşkilat Komitəsi və İşçi Qrupun bütün üzvləri fövqəladə istək və arzu ilə çalışıblar. Son 1 ayda görülən və ərsəyə gələn işləri görmək və başa çatdırmaq üçün bəzən 12, bəzən 16, hətta 18 saat işləmişik. Nəticədə anlamlı və gözəl işlər meydana çıxıb. Əbülfəz Elçibəyin müəyyən zamanlarda yazdığı yazılardan, müsahibə-müraciətlərindən ibarət 928 səhifəlik nəfis tərtibatlı “İstiqlal, Hürriyyət, Bütövlük strategiyası” kitabı, “Elçibəy-80” döş nişanları, 15.000 ədəd “Elçibəy-80” cib təqvimləri, tədbir üçün nəfis tərtibatlı dəvətnamə və diplomlar yalnız bu gərgin əməyin nəticəsində meydana gəlib. Adlarını çəkdiyim dostların motivasiyası olmasaydı, bu işlərin öhdəsindən gəlmək mümkün olmazdı.
Yazı müsabiqəsi bu işlərin ən çətini idi. Yazıların qəbul olunması, oxunub düzəldilməsi, saytlarda yerləşdirilməsi, yerləşdirilənlərin toplanılması, kodlaşdırılması, münsiflərə paylanılması, sonra da qiymətləndirilən yazıların toplanılması və yekun nəticənin çıxarılması müstəsna və gərgin əmək tələb edir. Biz bunu edə bildik. Münsiflərin qiymətlərini topladıq və yekun nəticələri elan etdik. Məhz bu cür demokratikliyin nəticəsində meydana mənim də sürpriz hesab etdiyim nəticələr çıxdı. Zatən əvvəlcədən Təşkilat Komitəsi və İşçi Qrup olaraq qərarlaşdırmışdıq ki, münsiflərin yazdıqları qiymətlərə görə nəticə alacağıq. Münsiflər Heyətində təmsil olunan və 44 yazını qiymətləndirən şəxslərin hamısı ölkədə prinsipiallığına görə tanınan adamlardır. Buna bizim şübhəmiz yoxdur. Qiymətləndirməyə heç bir kənar müdaxilə imkanı mümkün deyil. Münsiflərin şəxsiyyəti və vaxtın darlığı bütün kənar müdaxilə ehtimallarını ortadan qaldırır. Qiymətləndirmə də eləcə. Elə münsiflər elə yazarların yazılarına elə qiymətlər veriblər ki, o yazıların kimə məxsus olduğunu bilsəydilər, bəlkə də o qiyməti verməzdilər. Buna bütün iştirakçılar şahid olublar. Qiymətlər isə təbii ki, saxlanılır. Qalır münsiflərin qiymətləndirməsinə, kimə nə qiymət verməsinə, bizim buna müdaxilə etmək imkanlarımız yoxdur. Ola da bilməz. Münsiflər kimə nə qiymət veribsə, biz də onu hesablamışıq. Başqa bir işimiz də ola bilməzdi.
Beləliklə, “Elçibəy-80” yazı müsabiqəsinin nəticələri belədir:

1. 039 – Ləman Ələşrəfqızı (764 bal, 95.5 ortalama)
2. 030 – Jalə Mütəllimova (757 bal, 94.6 ortalama) 
3. 038 – Səbuhi Məmmədli (718 bal, 89.7 ortalama)

4. 017 – Kəramət Böyükçöl (708 bal, 88.5 ortalama)
5. 007 – Cəlil Cavanşir (676 bal, 84.5 ortalama)
6. 031 – Hikmət Orhun (676 bal, 84.5 ortalama)
7. 013 – Azad Qaradərəli (670 bal, 83.7 ortalama)
8. 005 – Amal Abuşov (635 bal, 79.3 ortalama)
9. 026 – Semih İpek (635 bal, 79.3 ortalama)
10. 008 – Beytullah Avcı (605 bal, 75.6 ortalama)
11. 022 – Zülfüqar Hüseynzadə (603 bal, 75.3 ortalama)
12. 023 – Azər Qaramanlı (601 bal, 75.1 ortalama)
13. 028 – Rumiyyə Miraslan (591 bal, 73.8 ortalama)

14. 034 – Bayramova Yeganə Sahib qızı (583 bal, 72.8 ortalama)
15. 020 – Əliağa Şərəfxanlı (580 bal, 72.5 ortalama)
16. 016 – Sabir Mirzəzadə (567 bal, 70.8 ortalama)
17. 042 – Solmaz İsrafil qızı Məhərrəmova (565 bal, 70.6 bal)
18. 033 – Məleykə Ağasoy (553 bal, 69.1 ortalama)
19. 035 – Aida Quliyeva (547 bal, 68.3 ortalama)
20. 027 – Nərgiz Nazim (543 bal, 67.8 ortalama)
21. 001 – Nurəddin İsmayıl (525 bal, 65.6 ortalama)
22. 004 – Aydın Canıyev (518 bal, 64.7 ortalama)
23. 036 – Elmin Nəcəfli (511 bal, 63.8 ortalama)
24. 014 – Məğrur Bədəlsoy (510 bal, 63.7 ortalama)
25. 018 – Tural Türksoy (507 bal, 63.3 ortalama)
26. 032 – Zenfira İsmayılova (502 bal, 62.7 ortalama)
27. 006 – Mübariz Məsimoğlu (495 bal, 61.8 ortalama)
28. 011 – Hikmət Həsənov (495 bal, 61.8 ortalama)
29. 002 – Yasin Azərtürk (480 bal, 60.0 ortalama)
30. 041 – Xədicə Tağısoy Elşən qızı (471 bal, 58.8 ortalama)
31. 015 – Manaf Kərimov (Yetim Qacar) (470 bal, 58.7 ortalama)
32. 021 – Ceyhun Nəbi (460 bal, 57.5 ortalama)
33. 024 – Nərminə Umudlu (455 bal, 56.8 ortalama)
34. 029 – Mir Sadiq Ağayev (455 bal, 56.8 ortalama)
35. 003 – Sərdar Əlibəyli (440 bal, 55.0 ortalama)
36. 025 – Sadiq Hüseynov (440 bal, 55.0 ortalama)
37. 010 – Salman Alıoğlu (438 bal, 54.7 ortalama)
38. 044 – İmamət İsmayıl Ədil Bəyli (429 bal, 53.6 ortalama)
39. 037 – Rizvan Fikrətoğlu (418 bal, 52.2 ortalama)
40. 009 – Hacıyeva Şərəbanı Zabit qızı (399 bal, 49.8 ortalama)
41. 040 – Elbəyi Cəlaloğlu (368 bal, 46.0 ortalama)
42. 043 – Mircavid Həsənov (350 bal, 43.7 ortalama)
43. 019 – Vüsal Əfəndi (340 bal, 42.5 ortalama)
44. 012 – Bəkirov Ümid (250 bal, 31.2 ortalama)

Əvəz Zeynallı

Təşkilat Komitəsinin İşçi Qrupunun üzvü

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button