Eldəniz Quliyev AYB-yə, yazıçı Anara səsləndi

Eldəniz Quliyev

SSRİ Yazıçılar İttifaqının üzvü, Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri

eldəniz quliyev

Yanvarın 12-sində Ali Məhkəmədə Saday Şəkərlinin işi ilə bağlı məhkəmə iclası keçiriləcək. Ümid edirəm ki, başda hörmətli Anar müəllim olmaqla, Azərbaycan Yazıçılar Birliyi öz tanınmış üzvünün, sevimli şairimizin azadlığa qovuşması üçün nəhayət ki, əməli bir iş görəcək. S.Şəkərliyə azadlıq xahişi ilə Rusiya Yazıçılar İttifaqının 50-dən artıq dünya şöhrətli yazıçı və şairləri, eləcə də məşhur sənət adamları Azərbaycan Prezidentinə və ölkənin birinci xanımına müraciətlər ünvanlamışlar. Buna rəğmən, AYB indyə qədər heç bir ciddi addım atmamışdır. Qəbuluna düşmək müşkülə çevrilmiş hörmətli Anar müəllimin, heç vaxt verdiyi sözün arxasında dayanmayan Çingiz Abdullayevin, istəsə də bir iş görmək iqtidarında olmayan Fikrət Qocanın nəzər-diqqətinə çatdırım ki, qeyd etdiyim rusiyalı yaradıcı insanlar nə onlardan istedadsızdılar, nə də onlardan qürursuz. Amma dəfələrlə, özü də təkidlə müraciətlər yazıb, xahiş edib, narahatlıqlarını dilə gətiriblər. 12 yanvarda şərlənərək həbs olunmuş günahsız bir insanın, tanınmış Azərbaycan şairinin taleyi həll olunacaq. Əgər AYB bu dəfə də sussa, “mənə dəxli yoxdu” deyibən real köməklik etməyə cəhd göstərməsə… onda AYB-yə min dəfə ayıb olsun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button