Eldəniz Quliyev inqilabdan yazdı

Eldəniz Quliyev

Hәr yoldan ötәn xalqın adından danışıb, ONUN iradәsi vә istәklәri ilә manipulyasiya edә bilmәz! Vә hәr kәs әmin olsun ki, biz buna yol vermәyәcәyik!
Avropada pisixi problemlәri olan bir neçә dәnә (qәsdәn “nәfәr” yazmıram), psevdo-bloger özünü “şappadan” satış piştaxtasına çırpıb da tәrbiyәdәn, mәrifәt-qanacaq vә elementar etik davranış qaydalarından uzaq monoloqlar deyir, pafoslu çağırışlar edir, şou-“debatlar” keçirir, sözün әsl mәnasında sәviyyәsiz, iyrәnc vә әttökәn müraciәtlәr tirajlayır.
Vә bütün bununla onlar öz alәmlәrindә guya, xalqı inqilaba, üsyana, vurub öldürmәyә, xaosa sәslәyirlәr…
Tәr-tәmiz avantüradı!
Әlbәttә, ölkәdә dәyişiklik arzusu, avtoritar üsul-idarәnin analoqsuz dәrәbәyliyindәn qurtulmaq istәyi (hәmçinin, inqilabi yolla) hәr bir vәtәndaşın konstitusion hüququ, haqqıdır. Amma bunu hәyasızlıq, sırtıqlıq, tәrbiyәsizlik, yaxud küçә söyüşlәri, dağıdıcılıq, qan-qada ilә yox, sivil, dinc vә mütәrәqqi yol vә üsullarla etmәk lazımdır. Bunun sadәcә, alternativi yoxdur.
19 yanvar mitinqi, o cümlәdәn saysız-hesabsız insanların Milli Şuraya dәstәk mesajları da göstәrdi ki, xalq mәhz mütәrәqqi mücadilәnin tәrәfdarıdır. Xalq gördü, düşündü vә anladı ki, toparlanmasan, tәşkilatlanmasan, hәdәflәri dәqiq müәyyәn etmәsәn, mübarizәnin prinsip vә strategiyasını doğru-dürüst tәyin edib tәdbirli hәrәkәt etmәsәn…, arzu olunan böyük dәyişikliklәr qeyri-mümkün mәsәlәyә çevrilir.
“Әdalәtsiz hakimiyyәti әdalәtlә devirmәk gәrәkdir” – M.Qandinin bu müdrik kәlamı boşuna deyilmәyib…
Qaragüruhla, söyüş, tәhqir vә tәrbiyәsizliklә inqilab etmәk olmaz. Lap olsa belә, inanın ki, bu, xalqın xoşbәxt SABAHA olan ümidlәrinin, arzu vә istәklәrinin әcәl zәnginә çevrilәr!..
Heç narahat olmayın, biz mütlәq qalib gәlәcәyik. Buna zәrrә qәdәr dә şübhәm yoxdur.
Hazırlıqsız inqilaba çağırışlar etmәk idarәolunmaz xaosa çağırışdır vә bu, tәkzibolunmaz bir faktdır. Öz әxlaqsız davranışlarının girovuna çevrilmiş vә olsa-olsa, şişirdilmiş bayram şarını xatırladan tәrbiyәsiz vәtәnşüvәnlәr, xalqın yaxasından әl çәkin! Xalqın mübarizә ruhunu cırmaqlamayın!
Hә, bir dә unutmayın: “xәstә tәlәsәr, armud vaxtında yetişәr”. Amma bu mәsәl sizin tәki iplәmәlәr barәdә deyilmәyib…

P.S. Rica edirәm, bu yazını inqilab mәsәlәsinә şәxsәn mәnim özәl münasibәtim kimi qәbul edәsiniz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button