Eldar Əzizov «vicdan» Sabirin bazarını bağlayır

Sabir Tarverdiyev

İş adamı sim kartlar satmaqla başını saxlayır

 Milli Dövlətçilik Partiyasının və “Vicdan” cəmiyyətinin sədri, İrəvan Mühacir Dövlətinin prezidenti, Sumqayıt maşın bazarının payçılarından biri, Sumqayıtda xeyriyyəçi kimi tanınan Sabir Tarverdiyev mobil operatorların ödəniş kartlarının (kontur) satışı biznesinə girişib. Bu barədə XuralTAC-a daxil olan məlumatda bildirilir ki, son vaxtlar Sabir Tarverdiyevin maliyyə imkanları o qədər zəifləyib ki, Sumqayıt maşın bazarında satılan kart biznesini inhisarlaşdırıb. Yəni artıq onun nəzarəti olmadan Sumqayıt maşın bazarında kart sata bilməz.

Məlumatlara əsasən, Sumqayıt bazarının sahibi Sabir Tarverdiyev son zamanlar Sumqayıtın yeni icra başçısı Eldar Əziziovun da təzyiqləri ilə üzləşib. Bildirilir ki, son zamanlar icra başçısı rəsmi olaraq bazar sahibinə xəbər yollayıb ki, yaxın zamanlarda bu ticarət mərkəzi qapadılacaq. Səbəb kimi də o göstərilib ki, bazarın ərazisindən, konkret olaraq bazarın avtomobil ehtiyat hissələrinin satıldığı dükanların altından neft və qaz kəmərləri keçir. İcra başçısı «Vicdan Sabir»ə xəbər yollayıb ki, ən qısa zamanda bu dükanları sökməlidir. Əks təqdirdə, bazar bütövlükdə bağlanacaq və xüsusilə də bazarın magistral yola olan çıxış qapısı hasarlanacaq. Məlumat verən mənbə bildirir ki, artıq bununla bağlı hazırlıq işlərinə də başlanılıb.

Qeyd edək ki, redaksiyamıza daxil olan bu məlumatlarla bağlı Sabir Tarverdiyevin mövqeyini öyrənməyə çalışsaq da, gün ərzində iş adamının telefonlarına cavab verən olmadı. Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Xatırladaq ki, bir müddət bundan əvvəl «Vicdan Sabir»in bazarını nəqliyyat naziri Ziya Məmmədov bağlasa da, sona qədər dayana bilməmiş, prezidentin əmisi oğlu İlqar Əliyev araya girmiş və bazarı nazirin cəngindən xilas etmişdi.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button