Eldar Əzizovla İmamverdi İsmayılov toqquşdu!

Obyekti sökülən millət vəkili qisas almaq niyyətindədir

 Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov millət vəkili İmamverdi İsmayılovun obyektini sökdürüb. Bu barədə XuralTAC-a hadisənin şahidi olan Sumqayıt sakini məlumat verib. Sakinin bildirdiyinə görə, İmamverdi İsmayılovun obyektinə əşyaları daşımaq üçün bir neçə saat vaxt verilsə də, qarşı tərəf heç bir addım atmayıb. Eldar Əzizov isə obyekti dağıtmaqla bağlı tapşırıq verib və əmr icra olunub. Baş verən olaydan çox qəzəblənən İmamverdi İsmayılov isə bütün ətrafını və  qohumlarını mqayıtdakı «Favorit» Şadlıq Evinə yığaraq icra başçısının bu hörmətsizliyini müzakirəyə çıxardıb. Məclis iştirakçılarının sızdırdığı xəbərə görə, millət vəkili «bunun qisası mütləq alınmalıdır» kimi kəskin çıxış eləyib. Millət vəkili İmamverdi İsmayılovla əlaqə saxlayıb məlumata aydınlıq gətirmək istəyimiz isə baş tutmadı. Deputatın redaksiyada olan telefon nömrəsi ilə əlaqə saxlasaq da, cavab verən şəxs yanlış növrə yığdığımızı bildirdi. Millət vəkilinin münasibətini öyrənməyə çalışacağıq.

XuralTAC

 “Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button