Eldar Həsənov həbsdən İlham Əliyevə məktub yazdı

Hazırda həbsdə olan Azərbaycanın sabiq Baş Prokuroru Eldar Həsənov torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Xural.com gununsesi.info-ya istinadən xəbər verir ki, Eldar Həsənov öz məktubunda işğal olunmuş tarixi ərazilərimizin düşmənin azad olunmasından məmnun qaldığını deyib:

“Möhtərəm cənab prezident!

İşğal olunmuş tarixi ərazilərimizin sizin rəhbərliyinizlə qətiyyətlə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş qürurunun yenidən özünə qaytarılmasındakı cəsarətli və şərəfli fəaliyyətinizin uğurlu nəticələrinə görə sizi – Böyük Qayıdışın Sərkərdəsini səmimi qəlbdən təbrik edirəm. Doğulub boya-başa çatdığım Kəlbəcər artıq işğaldan azad olunmaq ərəfəsindədir. Sizə bir Kəlbəcərli və Azərbaycan vətəndaşı olaraq dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Gücüm gecə-gündüz sizə və müzəffər ordumuza dualar etməyə, tam və qəti qələbə arzulamağa çatırBir daha minnətdaram”.

Sizə hər zaman sədaqətli olan
DTX-nın İstintaq Təcridxanasından
Eldar Həsənov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button