“Eldar Həsənovla bağlı qərardan apellyasiya şikayəti veriləcək”-Adil İsmayılov

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsindəki məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. 

Bunu E.Həsənovun vəkili Adil İsmayılov “AzPolitika.info”-nun sorğusuna cavabında bildirib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Eldar Həsənovun Bakıdakı mənzilində axtarış aparılıb.

Keçmiş Baş prokurorun istintaqa ifadə verməkdən imtina etdiyi də bildirilir.

Xatırladaq ki, avqusutun 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button