Eldar Həsənovun adamı da Cavid Qurbanovun müdafiəsinə qalxdı

cavid_qurbanov_090215
Oktyabrın 13-də Kəlbəcər Ziyalılar Cəmiyyətinin toplantısı keçirilib. Toplantıda erməni işğalı altındakı Kəlbəcər rayonundan olan ziyalılar, elm xadimləri, yazarlar iştirak edib. Toplantıya cəmiyyətin sədri İmamverdi Cəfərov sədrlik edib. Yığıncaqda cəmiyyət üzvləri 1 noyabr parlament seçkiləri ilə bağlı müzakirələr keçirib, Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürən şəxslərlə bağlı fikir mübadiləsi aparılıb. Toplantının sonunda cəmiyyətin Kəlbəcər əhalisinə müraciəti qəbul olunub.
Müraciətdə deyilir: “22 ildən artıqdır erməni işğalı nəticəsində yurd-yuvasından məcburi köçkün düşən kəlbəcərlilər Azərbaycanın 60-a yaxın rayonuna səpələnib. Son 10 ildə Cavid Qurbanov kəlbəcərliləri Mili Məclisdə yüksək səviyyədə təmsil edib. Bununla yanaşı Kəlbəcər camaatının xeyrində-şərində onlarla bir yerdə olmağa çalışıb, ehtiyacı olanlara dəstəyini əsirgəməyib. Yüzlərlə kəlbəcərli gəncin təhsil problemlərinə dəstək olub, Kəlbəcər əhalisinin sosial problemlərinin çözümü üçün bütün imkanlarını səfərbər edib. Bu ağır illərdə Cavid Qurbanov hər bir kəlbəcərliyə dəstək olub. İndi Kəlbəcər seçki dairəsindən Milli Məclisə iddialı olanların seçki platformalarında səsləndirdikləri vədləri Cavid Qurbanov illərdir həyata keçirir. Bu səbəbdən Kəlbəcər əhalisi onun fəaliyyətini yüksək qiymətləndirir. Kəlbəcərlilər qürur duyur ki, Cavid Qurbanov təkcə öz el-obasına deyil, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etməklə bütün kəlbəcərlilərə başucalığı gətirir. Biz hesab edirik ki, Kəlbəcərin işğal altında, əhalisinin məcburi köçkün kimi Azərbaycanın hər bir guşəsinə səpələndiyi bir vaxtda kəlbəcərliləri Milli Məclisdə təmsil etməyə ən layiqli namizəd Cavid Qurbanov ola bilər. Bu səbəbdən bütün kəlbəcərliləri 1 noyabr parlament seçkisində Cavid Qurbanova səs verməyə çağırırıq”.
imamverdi.jpg
Strateq.az bildirir ki, hazırda Kəlbəcər Ziyalılar Cəmiyyətinin sədri kimi Cavid Qurbanovun müdafiəsinə qalxan İmamverdi Cəfərov vaxtilə müxalifət düşərgəsində – əvvəlcə ADP-də, daha sonra isə İctimai Palatada təmsil olunub və həmişə özünü bu çevrələrə sabiq baş prokuror, hazırda isə səfir işləyən Eldar Həsənova yaxın şəxs kimi təqdim edib. Belə də demək olar ki, İmamverdi Cəfərov həmişə özünü Eldar Həsənovla müxalifət düşərgəsi arasında əlaqələndirici, “körpü yaradan şəxs” statusunda göstərib.
Üstəlik, ötən seçkilərdə Cavid Qurbanovun əsas rəqibi kimi də çıxış edib. Hətta ona bir neçə dəfə xəbərdarlıq edilib ki, bütün kəlbəcərlilərin adından danışmasın.
İndi belə bir şəxsin Cavid Qurbanovun müdafiəsinə qalxması xeyli düşündürücüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button