Rubrikalar: GÜNDƏM XuralTAC

Eldar İbrahimov hakimiyyət tərəfə keçən müxalifətçiləri rəzil etdi

“Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir”.

“AzPolitika.info”-nun məlumatına görə, əvvəllər müxalifətdə olmuş, sonradan mövqeyini dəyişərək iqtidar tərəfə keçmiş siyasətçilərlə bağlı belə sərt fikri Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur “91-lər”dən olan deputat Eldar İbrahimov deyib. O, demokrat.az saytına açıqlamasında bu mövzuda danışıb.

Eldar İbrahimov hakimiyyətə tərəf keçib pul, vəzifə və mandat alan şəxsləri “düşmən” adlandırıb: “Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil”.

Deputat açıqlamasında müxalifəti də xarici qüvvələrə işləməkdə ittiham edib. “Dediyim kimi, xarici qüvvələr imkan verməyəcək ki, onlar Azərbaycana xidmət göstərsin. İndi hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur?! Bunu bütün Azərbaycan xalqı bilir…” – deyə E. İbrahimov bildirib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

DTX Neftçalayla bağlı açıqlama yaydı

Dövlət Təhlükəsizlik Xidməti Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”nun DTX-yə istinadən verdiyi xəbərə görə, Neftçala…

20 Fevral 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Rəhim Qazıyevin keçmiş kürəkəni tutulub

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azərişıq”ın xəbərdarlığının pərdəarxası – işıq oğruları kimlərdir…

Ekspert: “Oğurluğun qarşısını yalnız qanunları sərtləşdirmək vasitəsilə almaq olar” “Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş ”Enerji sektorunda maliyə intizamının…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərilib

Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Virtualaz.org-un məlumatına görə, Ali Məhkəmənin sədri Plenumun iclasını…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Neftçalanın həbs olunan başçısı kimdir və niyə həbs edilib?

Kamran Əsədov başçının seçkiyə müdaxiləyə görə həbs edildiyini deyir “Geyimləri üzərində "xüsusi təyinatlı" yazılmış şəxslər bu dəqiqə Neftçala İcra Hakimiyyəti…

20 Fevral 2020
Xural.COM