Eldar Mahmudov “dirilə” bilərmi?–“Reanimasiyası mümkündür”

Sülhəddin Əkbər: “ Eldar Mahmudov həm böyük xarici güclər, həm də ölkə daxilində güclü təsiri olan müəyyən qrup tərəfindən müdafiə olunur”

2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan “təmizləmələr” son nəticədə qurumun birdəfəlik ləğvi ilə yekunlaşdı. Amma sabiq nazir Eldar Mahmudov bu günə qədər istintaqdan kənar qala bilib. Bu fakt zaman-zaman sabiq nazirin reanimasiya oluna biləcəyi haqda məlumatların dövriyəyə girməsinə yol açır. Bu günlərdə sabiq nazirin keçmiş cangüdənlərini, mühafizəçilərini işə qaytarması xəbəri bir daha yenidən vəzifəyə gətiriləcəyi haqda iddiaları artırıb.

Sulhaddin_Akbar_050908 (1)Milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər deyir ki, Azərbaycan, ölkəmizin yerləşdiyi region çox həlledici mərhələyə daxil olub: “İçində olduğumuz il, qarşıda gələn il dünya, region və Azərbaycan üçün sınaq illəridir. Ölkəmiz çox çalxantılı dönəmə girib. Ona görə də Azərbaycan siyasətində ziqzaqları görməyimiz labüddür. Azərbaycan böyük okeanda olan kiçik bir qayıqdır. Azərbaycan böyük geopolitik qarşıdurma təsiri altında o tərəfə, bu tərəfə gedəcəkdir. Xarici təsirlər Azərbaycan daxilində çox açıq şəkildə hiss olunacaq. Azərbaycan stratejigücünə görə kişik, zəif dövlətdir. Müstəqilliyini yeni əldə edib, torpaqları işğal altındadır, müharibə şəraitindədir. Xarici təsirlər ölkə daxilində hiss olunacaq və ölkə daxilində marağı olan böyük dövlətlərın hər birinin ”5-ci kolon”u var və çox aktiv şəkildə fəaliyyətdədir. Azərbaycanda eyni zamanda xarici və regional güclərin gizli savaşı gedir. Bu gizli savaş İran məsələsinə görə aktivləşəcək. Yaxın zamanlarda çox ciddi hadisələrin şahidi olacağıq və Eldar Mahmudovun MTN-də bu qədər ağır cinayətlərin baş verməsinə, sübut olunmasına baxmayaraq, ümumiyyətlə prosesə cəlb olunmaması çox böyük suallar yaradır. Bu o deməkdir ki, Eldar Mahmudov həm böyük xarici güclər, həm də ölkə daxilində güclü təsiri olan müəyyən qrup tərəfindən müdafiə olunur. Bu, açıq şəkildə ortadadır. Azərbaycanda proseslərin gedişiatından asılı olaraq Eldar Mahmudovun reanimasiyası mümkündür”(musavat.com).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button