Eldar Mahmudov haqda cinayət işi başlanmasına qərar verildi

MTN polkovnikinə 12 il həbs cəzası verildi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün prokurorluğa təqdimat göndəriləcək. Bu haqda Bakı Hərbi Məhkəməsində iyulun 10-da xüsusi qərar çıxarılıb.

Bu qərar MTN-in İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərova hökm oxunarkən məlum olub. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, MTN-in keçmş müstəntiqi 12 il azadlıqdan məhrum edilib.

Həmçinin Vüsal Ələkbərovun polkovnik rütbəsi də əlindən alınıb, onun üzərində həbs olan 1 milyon 277 min manatlıq əmlakı da müsadirə olunub.

Qeyd edək ki, Vüsal Ələkbərov sahibkarlara hədə-qorxu gəlib, saxta ittihamla həbs edib, onlardan pul almaqda ittiham olunurdu. Prokuror ona 15 il həbs cəzası istəmişdi.

Vüsal Ələkbərov ittihamları qəbul etmir, zərəəkənlərin MTN-in düşdüyü vəziyyətdən sui-istifadə edib ona böhtan atdığını bildirir.

azadliq.info

Əlaqəli məqalələr

1 şərh

  1. Buz tərpəndi deyəsən. Bundan sonra Eldar Mahmudovun hələ vəzifədə olan adamları bəlkə özlərini yığışdıralar. GDU-da “Eldar Mahmudovun adamı” olan Zakir Zeynalov mənim iradlarıma (onun “mahmudovçu” olması) bəs niyə Eldar Mahmudovu həbs etmirlər, cavabını göndərirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button