Eldar Mahmudov kimdir?

Eldar_Mahmudov_281009

Milli Təhlükəsizlik naziri görəvindən ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan Eldar Mahmudov tanınmış alim, akademik Əhməd Mahmudovun oğludur.

Naxçıvanın Şaxtaxtı kəndində anadan olan Əhməd Mahmudov (1923-1989) SSRİ Elmlər Akademiyasında (Moskvada) alimlik dərəcəsi alıb, onun təşəbbüsü ilə İqtisadiyyat İnstitutu təsis edilib, yüzlərlə elmi əsərin müəllifidir.
Eldar Mahmudov 1956-cı ildə Bakıda doğulub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. 1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsini daşıyıb.   1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
23 iyul 2004-cü ildə İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri təyin olunub və general-mayor rütbəsi alıb. 16 mart 2005-ci ildə general-leytenant, 27 mart 2014-ci ildə general-polkovnik rütbəsi verilib.   O, Prezident İlham Əliyevin 17 oktyabr 2015-ci ildə verdiyi sərəncamla vəzifədən azad edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button