Rubrikalar: CƏMİYYƏT SİYASƏT XuralTAC

Eldar Mahmudov öz atasının adını daşıyan liseyin tikintisinə də “haram qatıb”

2015-ci ildə vəzifəsindən azad edilən sabiq MTN naziri Eldar Mahmudovun törətdiyi haqsızlıqların, qansızlıqların səs-sədası hələ də kəsilmir.

Bakı şəhəri İ.Qutqaşenli küçəsi ev 62 ünvanında yaşayan iş adamı Hicran Kamil oğlu Seyidovun ölkə başçısına ünvanladığı və bir nüsxəsi də “AzPolitika.info”ya daxil olan müraciətindən belə aydın olur ki, sabiq MTN şefi öz atasının adını daşıyan Şərur Türk Liseyinin tikintisində belə qanunsuzluğa, haqsızlığa və fırıldağa yol verib.

Şikayətçi bildirir ki, 2007-ci ildə E.Mahmudov şəxsən tanıdığı üçün ona və qardaşı Elşad Seyidova Şərur Türk Liseyinin tikintisini həvalə edib: “Biz Eldar Mahmudovu əvvəlcədən tanıdığımıza, onun ölkənin milli təhlükəsizliyini qoruyan şəxs olduğuna və ən əsası da tikilən məktəbin atasının adını daşıdığına görə ona etibar edərək, heç nə tələb etmədən işə başladıq. Tikinti işləri gedən dövrdə toplam 430 min manat olmaqla, ara-sıra bizə pul verdilər. Lakin tikinti qurtarana yaxın gördük ki, tikintiyə çəkdiyimiz xərclərlə əlaqədar kənar şəxslərə xeyli miqdarda borcumuz yığılıb. Lakin bizə pul verilmir.”

H.Seyidovun bildirdiyinə görə, artıq işin yekunlaşmasına az qalanda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov, Zeynalabdin Mahmudov və Nizaməddin adlı adamları onlardan işi dayandırmağı və ərazini tərk etmələrini tələb edib: “Bizə dedilər ki, sizdən şikayət var. İnşaatı tərk edin və nə qədər xərc çəkildiyini bizə deyin. Biz 2 milyon manat xərc çəkildiyini deyəndə bildirdilər ki, onların mütəxəssisləri çəkilən xərci 1 milyon 200 min manat hesablayıblar.”

Şikayətçi deyir ki, E.Mahmudovun adamları onların çəkdikləri xərci kiçiltmələri bir tərəfə, heç özlərinin hesabladıqları məbləği də onlara ödəməyiblər: “Bundan sonra özlərinin hesabladıqları pulu da bizə vermədilər. Bizi canımızla, uşaqlarımızla təhdid etdilər. Məcbur qalıb olan mülklərimizi sataraq, borclarımızı ödəməyə başladıq. Amma borc bu günə qədər qurtarmayıb. Bu olanlara indiki DTX rəisi Əli Nağıyev də Allah şahididir.”

H.Seyidov 2015-ci ildə E.Mahmudov işindən azad olunandan sonra Baş Prokurorluğa müraciət etdiklərini yazır: “İstintaq aparılandan sonra qardaşım Elşad Seyidovun zərərçəkmiş kimi tanınmasına dair qərar verildi. E.Mahmudov özü də istintaqa ifadəsində bizə borclu olduğunu etiraf edib, lakin heç bir qərarı saymır.”

İş adamı bildirir ki, qanuni tələblərinə baxmayaraq, sabiq nazir heç bir qərarla hesablaşmır və onlara vurduğu ziyanı ödəmək fikrində deyil. Buna görə də ölkə başçısına üz tutan H.Seyidov Prezidentdən özünün qanunla nəzərdə tutulan hüquqlarının bərpasına və onlara vurulan ziyanın ödənilməsinə yardım etməsini xahiş edir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

43 siyasi partiya milli həmrəylik bəyanatı qəbul edib

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə…

15 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Sabiq Müdafiə naziri Rahim Qazıyev saxlanıldı

Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud…

13 İyul 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Prezident İlham Əliyev: “Sərhəddə vəziyyət gərgin olaraq qalır”

Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Bu barədə prezident İlham Əliyev bazar ertəsi  Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Sərhəddin qərb hissəsində gərginlik, erməni postu məhv edilib-VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində gərginlik iyulun 13-də gecə də davam edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib. Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycan Prezidenti: “Hərbçilərimizin qisası alınıb”

“Dünən Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev…

13 İyul 2020
Xural.COM